Dil: Türkçe

Saytdan Axtar

Dövlət Bayrağı gününə həsr olunmuş silsilə tədbirlərin davam edir. 

2017/11/14 18:38

	Dövlət Bayrağı gününə həsr olunmuş silsilə tədbirlərin davam edir. 

Dövlət Bayrağı gününə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq 2017-ci il noyabrın 22-də saat 1030-da Mikayıl Müşfiq Adına 18 nömrəli tam orta məktəbdə

 “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Bayrağının təbliği məqsədi ilə üç rəngli göy, qırmızı, yaşıl, ay-ulduzlu şanlı bayrağımızın aşağı sinif şagirdlərinə təqdim etmə və məktəblilərin bayrağa “Sədaqət” and içmə mərasimi keçiriləcəkdir.

Tədbirdə Müdafiə Nazirliyinin, şəhid analarının, müharibə veteranlarının, ictimai təşkilatların, şəhər muzeylərinin və digər idarə-müəssisələrin nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirdə Müdafiə Nazirliyi Mənəvi–Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin nümayəndəsinin, İnnovativ Təşəbbüslər İctimai Birliyinin sədri Əşrəf Əhmədovun, Şəhid analarının, Qazilərin və digər tədbir iştirakçılarının məruzə və çıxışları dinləniləcək. 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR