Dil: Türkçe

Saytdan Axtar

Şaxtaları əridən 24 yaşlı qara daş

2017/11/10 20:54

	Şaxtaları əridən 24 yaşlı qara daş
Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş xüsusi təyinatlı gizir Toğrul Fərəczadənin 24 yaşına ithaf olunur



ÖLÜM VAR Kİ, HƏYATDANDA DƏYƏRLİ.
Bu gün göy qübbəsinin qapıları sonuna qədər açılıb. 
Bu gün səma yerə öz nurundan daha dəyərli nemət bəxş edib.
Bu gün ağ əbalı günahsızlar yer üzünə qonaq olub. 
Bu gün yer-göy, ərşü-əla vətən fədaisi, yurd cəfakeşinin , bir işıq zərrəsi ikən nur selinə çevrilən Adəm övladının bəşər evinə qonaq olduğu bu tarixi bayram edir. Bəli məhz bu gün illər əvvəl bir evin sevinci olan o körpənin dünyaya gəldiyi tarixdən düz 24 il keçir. Nə az, nə çox 24 il. Sevinclərin, kədərlərin birgə paylaşıldığı illər. Keçmişə nəzər salanda insanı qəribə duyğular alır ağuşuna. İllər öncə bu günün xəyalı belə insanda dəhşət oyadardı. O illər neçə arzuya beşik idi. Kim düşünərdi ki, o beşik gün gələcək arzulara məzar olacaq. Məzar... O məzar ki, bu gün üstündən insan nəfəsi əksik olmur. O məzar ki, qışın şaxtasından belə buz tutmur. O məzarın qəlbi durmadan döyünür sanki. Baş daşından bizə boylanan gözləri insanlığa meydan oxuyaraq həyat dərsi keçir. Həyat dərsi... Bu dərs onun əbədiyaşarlıq imtahanının mükafatı oldu. Bu gün cismani yoxluğu ölümsüzlüy zirvəsinə ucaltdı onu. Sağlığında kömək etməyi çox sevərdi. Ölümü ilə də insanlığı barışa səslədi. 
Sağlığında... Bu söz sənə heç yaraşmadı mənim şəhid qardaşım. Üzün daim təbəssümlə bərq vurardı. Heç kimin üzgün dayanmasını istəməzdin. Bu gün isə səni sevənlər 24-cü yaşını məzarın önündə qeyd edir. Səni şəxsən tanımayanlar belə adının işığına pərvanə tək cəm olurlar. Bircə sən yoxsan. Doğmalarının ürəyində qanayan yaraya məlhəm ola biləcək təsəllinsə yalnız soyuq ifadələrdir. Sən isə şəhidlik taxtından seyr edirsən insanları. Orada da günlər gecəyə qarışırmı? Günəş şaxta ilə yer dəyişirmi? Bu yerlərin qışı çox sərt olub sən gedəli. Anan isti ocağınızda buz tutur. Günlər sonra qar torpağa xalı olanda sənin əbədiyyət evini də qar əsir alacaq deyə fikir edir. Yoxsa sənin əbədiyyət sarayında güllər açır,? Axı sən zülmət məhbəsi belə aydınlatırsan. O məhbəs ki, bu gün orada 24-cü yaşını qeyd edirsən. 
YENİ YAŞIN MÜBARƏK ŞƏHİDİM. İLLƏR KEÇƏCƏK BƏŞƏRİYYƏT MİLYONLARCA İNSANLARI YOLÇULUĞA UĞURLAYACAQ YENİ NƏSİLLƏR GƏLƏCƏK FƏQƏT SƏNİN YAŞININ ÜZƏRİNƏ HEÇ VAXT YAŞ GƏLMƏYƏCƏK SƏN CAHANIN YAŞINDASAN ŞƏHİDİM

Rəfiqə Rafiqqızı




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR