Dil: Türkçe

Saytdan Axtar

Nicat Müslümov  "Muğam Dünyası"  klubunun sədri   seçildi. 

2017/11/10 19:51

	Nicat Müslümov  "Muğam Dünyası"  klubunun sədri   seçildi. 

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyin nəzdində Muğam Dünyası klubu rəsmi olaraq fəaliyyətə başladı.ƏSMİD İB idarə heyətinin 25.10.2017-ci il 5 saylı protokoluna əsasən yaradılan klubun Sədri Nicat Müslümov seçildi.Klub milli musiqimiz olan muğamın gənclər arasında təbliğ olunmasına dəstək olaraq yaradıldı. 

  "Muğam Dünyası"klubunun Sədri  vurğulayıb ki  , Əlillərin sosial müdafiəsi ilə bağlı ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Dövlətimizin başçısı tərəfindən yüksək səviyyədə davam etdirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın sürətli tərəqqisinə səbəb olduğunu, həmçinin sosial sahədə də mühüm nailiyyətlərə imkan yaratdığını vurğulayıb. O, ölkəmizdə müasir tələblərə cavab verən belə bir mərkəzin fəaliyyət göstərməsini əlil şəxslərin sosial müdafiəsi ilə bağlı aparılan məqsədyönlü siyasətin növbəti bariz təzahürü kimi dəyərləndirib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da əlillərin problemlərini daim diqqətdə saxlayır. Xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara qayğının artırılması Fondun geniş spektrli fəaliyyətinin mühüm istiqamətlərindəndir. Daha sonra layihə rəhbəri çıxış edərək qeyd edib ki - Ümummilli liderimiz Heydər Əliyev daim musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirirdi. Tanınmış sənət adamlarının tarixi yubileyləri təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olub. Ümummilli liderin davamçısı Prezident İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə çox yüksək dəyər verir, o cümlədən muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Hər iki ildən bir Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Televiziya Müsabiqəsi keçirilir və hər dəfə bu müsabiqədə 7-8 nəfər yaxşı xanəndə yetişir. Bu, Azərbaycan Muğamının əldə etdiyi uğurdur.


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yazdığı kimi: "Muğam bizim qəlbimizin xüsusi məqamıdır… Muğam dəryasının sualtı cərəyanları çoxdur, bu cərəyanlara daldıqca biz insan hisslərinin sirli yelpazəsinin istiliyini hiss edə bilirik, varlığı onun bütün müxtəlifliyində dərk edirik. Elə buna görə də biz muğama dönə-dönə qayıdırıq. O artıq bizim həyatımızın hissəsi deyil, o bizim özümüzdür".

 

Nicat Muslumov adlı şəxsin şəkli.Nicat Muslumov adlı şəxsin şəkli.Nicat Muslumov adlı şəxsin şəkli.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR