Dil: Türkçe

Saytdan Axtar

QƏBƏLƏDƏ “QHT-NİN MALİYYƏ MƏNBƏLƏRİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

2017/11/08 12:14

	QƏBƏLƏDƏ “QHT-NİN MALİYYƏ MƏNBƏLƏRİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
Qəbələdə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB ilə MG Consulting arasında birgə əməkdaşlıq çərçivəsində "QHT-nin maliyyə mənbələri” mövzusunda məlumat sessiyası keçirilib.
 
 
Tədbirdə Qəbələ, Oğuz və Şəkidən QHT nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən İB-in sədr müavini Anar Məhərrəmov tədbir iştirakçılarına təlimin mövzusu, proqramı haqqında məlumat verərək deyib ki, belə təlimlərin təşkilinin QHT–lərin uğurlu fəaliyyəti istiqamətində əhəmiyyəti böyükdür. O təlimlərin təşkilinin ümumilikdə QHT sektorunun inkişafına da müsbət təsir etdiyini dilə gətirib.
 
 
Sonra çıxış edən təlimçilər Məhəmməd Quluzadə və Lalə Adilova QHT-nin maliyyə mənbələrinə dair qanunvericilik çərçivəsi (qrantlar, ianələr, üzvlük haqları, xidmət müqaviləsi, malların satışı, könüllü xidməti, innovativ gəlir mənbələri), QHT gəlirlərinin mühasibat uçotu(vergi, DSMF, statistika hesabatları, əmək müqaviləsinin elektron sistemi, məcburi həyat sığortası, məzuniyyətin hesablanması, əmlakın amortizasiyası, vergi əvəzləşməsi, nağdsız hesablaşmalara dair tələblər, balans, divindend ödənişi) və s. haqqında geniş məlumat veriblər.
 
Tədbir QHT nümayəndələrinin suallarının cavablandırılması ilə başa çatıb.



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR