Dil: Türkçe

Saytdan Axtar

“Excelsior Hotel & Spa Baku” oteli oktyabrda birinci olub 

2017/11/01 08:34

	“Excelsior Hotel & Spa Baku” oteli oktyabrda birinci olub 

“Excelsior Hotel & Spa Baku” oteli oktyabr ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci olub. “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 141 məlumat işıqlanıb. 
"Media Consulting & Services" şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565 -dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb. 
“AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, “Excelsior Hotel & Spa Baku” otelinin fəaliyyəti ilə bağlı oktyabr ayında mətbuatda 6 pres reliz işıqlamışdır. Cari ilin noyabr ayında da turizm sahəsində təhsil alan tələbələr üçün “Turizm sektorunda PR-ın əhəmiyyəti” mövzusunda təlim, moda sevərlər üçün “Baku Fashion Club”ın növbəti tədbiri və digər maraqlı tədbirlər keçiriləcək. 
“Excelsior Hotel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR