Dil: Türkçe

Saytdan Axtar

Suraxanıda orta məktəblərdə narkomaniyaya qarşı mübarizə tədbiri keçirilib

2017/10/27 14:36

	Suraxanıda orta məktəblərdə narkomaniyaya qarşı mübarizə tədbiri keçirilib
Suraxanıda orta məktəblərdə narkomaniyaya qarşı mübarizə tədbiri keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində rayonun 76 və 285 saylı tam orta məktəblərində növbəti tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov, Suraxanı rayon polis idarəsinin əməkdaşları və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən polis polkovniki N.Həsənov bildirib ki, narkomaniyanın yayılmasında gənclər önəmli rol oynayır və buna görə də, gəncləri narkomaniya bəlası ilə bağlı məlumatlandırılması zəruridir.

N.Həsənov narkomaniyanın qarşısının alınması ilə bağlı Azərbaycanda da davamlı işlər həyata keçirildiyini bildirib: "Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Aidiyyəti dövlət qurumları Dövlət Proqramda nəzərdə tutulan tədbirlər planına uyğun olaraq öz öhdələrinə düşən vəzifələri yerinə yetirir. Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirir”.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR