Dil: Türkçe

Saytdan Axtar

BDU yeni tədris ilində ilk Elmi Şurasının iclasını keçirib

2017/09/11 14:08

	BDU yeni tədris ilində ilk Elmi Şurasının iclasını keçirib

Bu gün Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Rektor, akademik Abel Məhərrəmov Elmi Şuranın gündəliyini elan etdikdən sonra universitetin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar ” liseyini qızıl medalla bitirən şagirdlərin medallarını təqdim edib və onları ali məktəbə qəbul olmaları münasibətilə təbrik edib. 
Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva yeni tədris ilinə hazırlığın vəziyyəti və 2016/2017-ci tədris ilinin yay semestrinin ilkin nəticələri haqqında məruzə edib. Məruzə ətrafında çıxışlar olub və prorektor İradə Əliyevanın məruzəsi yüksək qiymətləndirilib. 
İqtisadi-təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı yaradılmış və yeni təmir olunmuş auditoriyalar, laboratoriyalar və yeməkxanalar haqqında məruzə edib.
Elmi Şuranın iclasında, həmçinin BDU-nun Qazax filialı üzrə müsabiqənin keçirilməsi məqsədilə yaradılmış Komissiyanın arayışının müzakirəsi olub və müsabiqənin keçirilməsi məsələsinə baxılıb. 
İclas cari məsələlərin müzakirəsi ilə davam edib.

 

Pervane İbrahimova adlı şəxsin şəkli.

Pervane İbrahimova adlı şəxsin şəkli.Pervane İbrahimova adlı şəxsin şəkli.Pervane İbrahimova adlı şəxsin şəkli.Pervane İbrahimova adlı şəxsin şəkli.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR