Dil: Türkçe

Saytdan Axtar

Binəqədi rayon İcra nümayəndəliyi Cocuq Mərcanlıya səfər edib

2017/09/11 12:40

	Binəqədi rayon İcra nümayəndəliyi Cocuq Mərcanlıya səfər edib

Turkiye.Az xəbər verir ki, nümayəndə heyətinin tərkibində Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, rayon Gənclər və İdman İdarəsinin rəhbər heyəti, M.Ə.Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsi və Aprel şəhidləri Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri olub.

Sentyabr ayının 6-da başlanılan səfər çərçivəsində nümayəndə heyəti Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Daha sonra həmin qəsəbədə inşa edilmiş yeni məktəb binasına gedən nümayəndə heyəti məktəbə zəruri olan müxtəlif hədiyyələr, yeni tədris ilində məktəbə gedəcək şagirdlərə məktəbli geyimləri, dərs vəsaitləri, idman formaları və zəruri texniki avadanlıqlar hədiyyə edib. 96 şagird üçün nəzərdə tutulan məktəb binası lazımı avadanlıqlarla təchiz edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilən Şüşa məscidinə bənzər məscidi ziyarət edib.

Səfərin sonunda nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində törədilən cinayət nəticəsində həlak olmuş Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət edərək gül qoyublar.

Könül Cəfərli

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR