Dil: Türkçe

Saytdan Axtar

"Şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin məzarını mütəmadi olaraq ziyarət etməliyik"

2017/09/10 10:16

	"Şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin məzarını mütəmadi olaraq ziyarət etməliyik"

Ümumrusiya Azərbaycanlılar Konqresinin Saxalin vilayəti üzrə Regional bölməsinin rəhbəri, Qubernatorun millətlərarası məsələlər üzrə məsləhətçisi Nazir Hətəmov 2-ci Fəxri Xiyabanda aprel döyüşlərində şərəflə canından keçən şəhidlərin məzarını ziyarət edib. Ziyarət zamanı şəhidlərin məzarı önünə qərənfillər qoyulub və onların ruhuna dualar oxunub. Ziyarətlə bağlı açıqlama verən Nazir Hətəmov deyib: “ Bu günümüz üçün müqəddəs Şəhidlərimizə borcluyuq!” O bildirib ki, şəhidlərin əziz xatirəsini uca tutmaq, daim ziyarət etmək hər birimizin mənəvi borcudur. “Torpaq uğrunda ölən varsa -Vətəndir! Bu gün 2-ci Fəxri Xiyabanda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan, öz adlarını Azərbaycanın şanlı tarixinə böyük hərflərlə yazdıran şəhidlərimizi ziyarət etdik. Şəhidlər ölmür, onlar daim bizim qəlbimizdə yaşayır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin məzarlarını mütəmadi olaraq ziyarət etməliyik və bu, həmişə belə olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!" -deyən Nazir Hətəmov açıqlamasını yekunlaşdırıb.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR