Dil: Türkçe

Saytdan Axtar

Günay Mehdizadə: Bu tədbirə dəvət olunduğu üçün xoşbəxt olduğunu bildirib

2017/09/09 10:17

	Günay Mehdizadə: Bu tədbirə dəvət olunduğu üçün xoşbəxt olduğunu bildirib

  Turkiye.az xəbər verir ki, bunu Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin 25-ci ildönümü münasibətilə təşkil edilən sərginin açılış mərasiminə dəvət olunan rəssam Günay Mehdizadə deyib.

Sentyabrın 6-da Heydər Əliyev Mərkəzində müasir türk sənətkarlarının əsərlərindən ibarət sərgi açılıb. Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan sərgidə 8 incəsənət xadiminin 60-dək əsəri yer alıb. Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin 25-ci ildönümü münasibətilə təşkil edilən sərginin açılış mərasiminə Azərbaycan Rəssamlar İttifaqının üzvü gənc və istedadlı rəssam Günay Mehdizadə də dəvət olunub. Hər bir sahədə olduğu kimi mədəniyyət sahəsində də iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Günay Mehdizadə bu tədbirə dəvət olunduğu üçün xoşbəxt olduğunu bildirib: " Belə bir möhtəşəm tədbirə dəvət olunmaq mənim üçün hər zaman çox xoşdur və şərəfdir. Sərginin Heydər Əliyev Mərkəzində keçirilməsi dərin rəmzi məna daşıyır. Çünki "İki dövlət bir millət, Azərbaycan-Türkiyə" deyən Ümummilli lider Heydər Əliyevin hər iki dövlət arasında münasibətlərin yaxşılaşdırılmasında böyük əməyi olub". 

Qeyd edək ki, tədbirdə Müasir türk sənətinin tanınmış təmsilçiləri Adnan Turani (1925-2016), Devrim Erbil (1937), Yalçın Gökçebağ (1944), Şükran Pekmezci (1946), Hasan Pekmezci (1945), Zeki Serbest (1946) və Ahmet Yeşilin (1954) tabloları, Malik Bulutun (1974) heykəllərinin təqdim edildiyi ekspozisiyalar təqdim olunub. Rəssam Şükran Pekmezçi və həyat yoldaşı, rəssam Hasan Pekmezçi də tədbirdə iştirak ediblər.

Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunan sərgi iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin sənət dili ilə ifadəsidir.

Sərgi oktyabrın 6-dək davam edəcək.

 

Voicepress.az

Günay Mehdizadə:

Günay Mehdizadə: Günay Mehdizadə:




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR