Dil: Türkçe

Saytdan Axtar

3 yol qəzasında 16 nəfər öldü, 16 nəfər xəsarət aldı

2017/09/07 10:54

	3 yol qəzasında 16 nəfər öldü, 16 nəfər xəsarət aldı

Bu gün İranda 3 yol qəzasında 16 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

 

Yol qəzalarından biri Sistan və Bəlucistan əyalətinin İranşəhər şəhərində baş verib.

 

"Pegaut" markalı avtomobil sərnişin avtobusundan düşən, bir ailənin 9 üzvünü vurub.

 

Onlardan 8 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. Sürücü hadisə yerindən qaçsa da, polisin axtarışları nəticəsində bir neçə saat sonra həbs olunub.

 

Daha bir qəza Savə şəhərində baş verib. Yük maşınının "Pegaut" markalı minik avtomobili ilə toqquşması nəticəsində minik avtomobilində olan 5 nəfər hadisə yerində ölüb.

 

Bu gün Bucnurd magistral yolunda isə yük maşını sərnişin avtobusu ilə toqquşub.

 

Hadisə nəticəsində 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, İran ən çox yol qəzası baş verən ölkələr sırasındadır.

 

İranın Səhiyyə Nazirliyinin məlumatına görə, son iki həftə ərzində İranda yol qəzalarında xəsarət alanların sayı 5 dəfə artıb. Hər 30 dəqiqədən bir İranda bir nəfər yol qəzasının qurbanı olur.

 

Ötən həftə İranın Fars əyalətində məktəbliləri daşıyan avtobusun aşması nəticəsində 10 məktəbli ölmüş, 35 nəfər yaralanmışdı. Bu hadisə ölkədə etirazlara və kəskin reaksiyalara səbəb olmuşdu. Prezident Həsən Ruhani də məktəbliləri daşıyan avtobusun aşması ilə bağlı hadisənin araşdırılması və təqsirli şəxslərin cəzalandırılması barədə göstəriş vermişdi.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR