Dil: Türkçe

Saytdan Axtar

Əziz gənclər Muğam mədəniyyətimizin silahıdı  dəstək olaq  çünki orda eslimiz var.

2017/09/03 14:47

	Əziz gənclər Muğam mədəniyyətimizin silahıdı  dəstək olaq  çünki orda eslimiz var.
Musiqi bir dünyadır . Elə bir dünya ki,o ancaq sənin düşüncənə , baxışına, seçdiyin müsiqini dinlərkən qurduğun xəyala bağlı. Musiqi hər bir insanın psixikasına fərqli təsir edir. Kimisini ağladar, kimisini oynadar,kimisinin də qarşı tərəfə deyə bilmədiyi bir mesaj olar. Musiqi hər bir insanın həyatında var və bir köməkçi obrazındadır.Hələ bu muğamdırsa. Muğam müqəddəs musiqi janrıdır. Doğrudur çox insana muğam çətin gələ bilər. Amma o bir layladır. Keçmişimizdən bizə yadigardır. O elə bir janrdır ki, ancaq azərbaycanlı boğazına yaraşır . Bir azərbaycanlının oxuduğu muğamı ,o titrək boğazı ,o məlahəti səsi dünyanın heç bir müğənnisi səsləndirə bilməz. Muğam musiqidə bizim möhürümüzdür . Muğam tarixdir. Tarix hər bir insan tərəfindən daşınmalıdır . Bunu bütün gənclər etməlidir. Müqəddəs varlıq kimi. Məhz bunun üçün bütün gənclərə səslənirəm . Tariximizi qorumaq hər bir gəncin borcudur. Muğam babalarımızdan qalan yadiğardır. Bu musiqi kimi bəyənim ya bəyənməyim kimi olmamaldır. Muğam mədəniyyətimizin silahıdı. Hələ muğam ifaçılar müqəddəs canlı tariximiz. Çünki muğamı ifa etmək hər kəsə nəsib olmur. O səs Allah vergisidir. Muğam dinə çox bağlı və hardasa oxşarlıqlar olduğunu görməməmk mümkün deyil. Dinin insanlara verdiyi ruhi rahatlığı muğamda da hiss etmək olur. Əziz gənclər məhz muğamımıza dəstək olaq. Çünki orda eslimiz var.

 

 

Arzu Müzəffərova
Azərbaycanda sosial şəbəkələrdə “Muğam Dünyası” qrupunun təşəbbüskarı, layihənin icraçı rəhbəri

 

Əziz həmvətənlərim Qurban bayramı münasibətilə sizləri ürəkdən təbrik edirəm

 

 


 

·          




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR