Dil: Türkçe

Saytdan Axtar

“Buradan Əli Həsənova, Səlim Müslümova səslənmək istəyirəm…” – Qənirə Paşayeva

2017/08/15 20:12

	“Buradan Əli Həsənova, Səlim Müslümova səslənmək istəyirəm…” – Qənirə Paşayeva

Qənirə Paşayeva

 

Millət vəkili

 

Həm şəhid həm də məcburi köçkün olan ailə çöldə qalmamalıdır.
Bu gün qardaş Türkiyədən tanınmış bir hərbiçi aradı və Azərbaycanda çalışdığı illərdən tanıdığı bir şəhid ailəsinin ağır vəziyyətdə olduğunu bildirib, dəstək göstərilməsini xahiş etdi. Ona dəstək olmaq borcumuzdur dedim. Xahiş etdiyi şəhid ailəsi, şəhid xanımı Laçın rayonundan olan, şəhid olmuş Şahin Əhmədovun həyat yoldaşıydı. Ondan bir az əvvəl isə Afaq xanımla bağlı telefonuma şəhid ailəsinə dəstək göstərmək istəyən bir insanımızdan məsaj gəlmişdi və məsələdən az da olsa məlumatlıydım. Sanra Afaq xanımla danışdıq və onu ürək ağrısı ilə dinlədim.
1992-ci ildə Laçından məcburi köçkün düşən, həyat yoldaşı şəhid olan Afaq xanım bir azyaşlı körpəsi ilə Binəqədi rayonunda əvvəllər erməni yaşamış bir evdə məskunlaşdırılır. İllərlə burada yaşayır. Bir müddət keçdikdən sonra isə məcburi köçkün və şəhid ailəsinin yaşadığı evə başqasının adına order verilir.

Afaq xanım nə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, nə Binəqədi rayon icra hakimiyyəti, nə də Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə dövlət komitəsi tərəfindən bu günə kimi şəhid ailəsi və məcburi köçkün olaraq evlə təmin olunmayıb. O da gözləyib ki dövlətin imkanları artıqca evlə təmin olunar. Günün birində isə Binəqədi rayonu məhkəmə icraçıları əllərində məhkəmə qətnaməsi gətirirlər ki bu evi boşaldın bura başqa adama məxsusdur. Afaq xanım cənab Prezident tərəfindən məcburi köçkün və şəhid ailəsi yaşayış yeri ilə təmin olunmadan onların yaşadığı, məskunlaşdığı yerdən çıxarılmaaması ilə bağlı verilən göztərişləri, tapşırıqları diqqətə çatdırır və evlə təmin olunana qədər gözləməyi xahiş edir. Amma bir gün qonşular Afaq xanıma xəbər verirlər ki əşyalarınız toplanılır, sizi köçürürlər. Evə çatdığı zaman şəhid xanımı görür ki onların iştirakı olmadan evdən əşyaları toplanılıb, başqa bir yerə çıxarılıb. İndi neçə günlərdir dost-qohum qapılarında qalıb. “Bütün dövlət qurumları bilir bu günə qədər heç zaman şəhid ailəsi adından istifadə etməmişəm. Çalşıb övladımı özüm böyütmüşəm. Amma indi çıxılmaz vəziyyətdəyəm.

Bəs mən harada qalım? Dərdimizi Laçın rayon icra hakimiyyətinə də, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə də bildirmişəm” deyir. Qaçqın və Məcburi köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədr müavini Gəray müəllimlə danışdıq bir az əvvəl. “Xəbərimiz var, çox ziyalı bir xanım, şəhid ailəsidirvə vəziyyəti çətinddir. Məcburi köçkünün məskunlaşdığı, yaşadığı yerdən çıxarılması ilə bağlı məhkəmə qərarının ailə evlə təmin olunanadək icra olunmasının ləngiməsi ilə bağlı komitə adından müraciətlər göndərdik, bu addımın doğru olmadığını bildirdik amma təssüf ki yenə də icra etdilər”. Ailənin evlə təmin olunması məsələsinə gəlincə diqqətdə saxlayırıq dedi Gəray müəllim. Amma nə zaman konkret bir söz indi deyə bilmərəm, çalşırıq dedi.

Bir az əvvəl Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova, Əmək və Əhalinin Soisal Müdafiəsi naziri Səlim Müslümova, Laçın və Binəqədi rayon icra hakimiyyətlərinə müraciət göndərdim və buradan da səslənmək istəyirəm. Şəhid ailəmizin qısa zamanda evlə təmin olunmasına dəstək olun. Bir az əvvəl Afaq xanımla telefonla təkrar danışanda iş yerindən danışırdı. Ərtafda çoxlu insanlar o cümlədən qardaş Türkiyədən bu şəhid ailəsi üçün zəng edib xahiş edənlər hamısı şəhid ailəsinə qısa zamanda dəstək olunub-olunmayacağını gözləyir. Bu isə insanlarda şəhid ailəsi adına cəmiyyətdə nə qədər dəyər verildiyi barədə fikirləri bir daha möhkəmləndirəcək. Ən əsası isə həyat yoldaşı şəhid olandan sonra 1 yaşlı körpəsini məcburi köçkün həyatının bütün çətinliklərinə baxmayaraq böyüdən ananın mən dövlətimə inanıram, məni çətin vəziyyətdə qoymaz düşüncəsini daha da möhkəmləndirə bilər. Afaq xanım həyat yoldaşı ilə bağlı danışarkın “Vətən üçün şəhid olmaqdan gözəl nə ola bilər, həyat yoldaşımla fəxr edirəm” deyəndə çox duyğulandım. Biz də sizinlə fəxr edirik əziz Afaq xanım və inanırıq ki yaxın günlərdə mənzillər təmin olunacaqsınız.

Cənab Prezidentin şəhid ailələri və məcburi köçkünlərlə bağlı yanaşmalarını müvafiq qurumların ciddi nəzərə alaraq tezliklə mənzil probleminizi həll edəcəklərini gözləyirik. Çünki şəhid ailələri bizim ən qiymətlimizdir.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR