Dil: Türkçe

Saytdan Axtar

Rusiyadan Azərbaycana BÖYÜK KÖÇ gələcək: Soydaşlarımız bazarlardan çıxarılır

2017/08/15 08:24

	Rusiyadan Azərbaycana BÖYÜK KÖÇ gələcək: Soydaşlarımız bazarlardan çıxarılır

Özbəklər azərbaycanlıları Rusiya bazarlarından sıxışdırır. Özbəkistandan meyvə-tərəvəz məhsullarının Rusiyaya sistemli şəkildə çatdırılması, Voronej gömrüyü vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Rusiya bazarının ekzotik meyvələrə (nar, xurma, mandarin) olan ehtiyacını ödəməlidir. “Uzbekozikovkatxoldinq” şirkətinin sədri Toxirjon Jalilov deyib ki, bununla onlar Azərbaycandan olan təchizatçıları Rusiya bazarlarından sıxışdıracaqlar: 

 

“Hazırda özbək məhsulları Azərbaycan sahibkarları tərəfindən alınır və Rusiya Federasiyasının ərazisində, xüsusən də onun mərkəzi hissəsində “öz məhsulları” adı ilə satılır. Çatdırılmanın sistemləşdirilməsindən sonra istehlakçı adət etmiş olduğu özbək məhsulunu birbaşa Özbəkistandan alacaq. Həm vahid marka altında, həm də daha aşağı qiymətə”.

Qeyd edək ki, “Uzbekozikovkatxoldinq” – Rusiyaya Özbəkistandan meyvə-tərəvəz məhsullarının əsas təchizatçısıdır. “Uzaqro” markası altında mal dövriyyəsinin ilkin mərhələdə 1 milyard dollara çatdırılması planlaşdırılır.

“Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya bazarında bu cür halların olması istisna deyil: “Amma demək olmaz ki, bu, kütləvi hal alıb. Hər yerdə bu vəziyyət ola bilər. Bunun Azərbaycana heç bir təsiri olmaz. Çünki azərbaycanlı sahibkarlar yaxın olduğuna görə daha çox Ukrayna, Qazaxıstan, Moldovadan meyvə-tərəvəz məhsulları ixrac edirlər. Özbəkistanın Azərbaycandakı qədər zəngin çeşiddə meyvə-tərəvəz məhsulları yoxdur.

Bu, azərbaycanlılar üçün elə də ciddi problem yarada bilməz. Çünki azərbaycanlıların Rusiyada mövqeləri daha güclüdür. Xüsusilə də ticarət məsələsində. Üstəlik, Azərbaycanın kənd təsərrüfatı məhsullarında trend formalaşıb. Rusiya yaxşı bilir ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları daha keyfiyyətlidir. Özbəkistan bir neçə məhsulla Rusiya bazarına çıxa bilər. Kimlərsə bu haldan istifadə edə bilər, amma minlərlə şəhər və qəsəbədə hamı bunu edə bilməz. Özbəklər imkan vermədikləri təqdirdə, azərbaycanlılar da öz ölkəmiz də daxil olmaqla başqa dövlətlərdən bazara məhsul çıxardacaq. Bu addım azərbaycanlı sahibkarların mövqeyinə, biznesinə ciddi təsir göstərə bilməz”.

Ekspert onu da əlavə edib ki, özbəklər Rusiyada əsasən çirkli işlərdə çalışırlar: “Onların ticarət sahəsində elə də böyük təcrübəsi, təşkilatlanmış strukturu və bazarlarda mövqeləri yoxdur. Bu gün elə bir mühit formalaşıb ki, hər respublikanın adamları konkret sahələrdə oturuşublar. Özbəklər bu sahəyə girə bilməzlər. Onlar uzaqbaşı öz məhsullarının satışını təşkil edə bilərlər. Bunun da azərbaycanlı sahibkarlara ciddi təsiri olmayacaq. Çünki Azərbaycan məhsulları Rusiya bazarında 3-5 il deyil, uzun illərdir ki, tanınır. Azərbaycanın kənd təsərrüfatı məhsulları öz keyfiyyəti ilə tanınır. Özbəkistan bu sahədə Azərbaycana rəqib deyil. Bu sahəni Rusiyadakı azərbaycanlı sahibkarların əlindən heç kim ala bilməz. Bu sistemi hər hansı bir adamın bəyanatı ilə sıradan çıxartmaq mümkün deyil”.   Cebhe.info




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR