Dil: Türkçe

Saytdan Axtar

Füzulili gənc istedad Prezidentin diqqətindən yayınmadı.

23.06.2017

	Füzulili gənc istedad Prezidentin diqqətindən yayınmadı.
Prezident İlham Əliyev gənc istedadlar haqqında sərəncam imzaladı

Cənab Prezident İlham Əliyev gənc istedadlar haqqında sərəncam imzaladı. Bu gənclərdən biri də Əlizadə Mirəli Hüseyn oğludur. Mirəli erməni təcavüzü nəticəsində öz el-obasından, Füzuli rayonundan didərgin düşmüş bir ailənin övladıdır. O, 19 İyul 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur.Hal-hazırda Bakı şəhərində məskunlaşmış Füzuli rayonu 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Eyni zamanda Baki şəhər Rəşid Behbudov adina 2 nömrəli onbirillik musiqi məktəbinin 9-cu sinfində tar üzrə təhsil alır. Mirəli Füzuli rayonu şəkillərdə,video yaddaşlarda görsə də Qarabağlıların,Füzulilərin sözə,sənətə olan marağına sadiq qalmışdır. Mirəli bir neçə dəfə Beynəlxalq festivalların,müsabiqələrin laureatı olmuşdur. Cənab Prezidentin sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının adı olan "Qızıl kitab"-a salındı və onun adına xüsusi təqaüd təsis olundu. Bu uğurlara çatmasında müəllimlərinə xüsusilə də Səbinə müəllimə və Qəmər müəllilə təşəkkür edirik.Təbrik edirik və uğurları davamlı olsun...




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR