Dil: Türkçe

Saytdan Axtar

Türkiyə öz sərhədlərini dirijabllarla qoruyacaq

2017/02/02 18:18

	Türkiyə öz sərhədlərini dirijabllarla qoruyacaq

Türkiyə Silahlı Qüvvələri dövlət sərhədlərinin mühafizəsi üçün "ASELSAN" şirkətinin istehsalı olan pilotsuz dirijabllardan istifadə etməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, xüsusi müşahidə sistemləri ilə təchiz olunmuş dirijabllar sərhəd əraziləri boyunca nəzarət edəcək və mümkün sərhəd pozuntusu barədə yaxınlıqdakı hissələrə məlumat verəcək.

"ASELSAN" istehsalı olan və uzunluğu 16 metrə çatan dirijabllar 1000 metr hündürlüyədək qalxır.

Qeyd edək ki, bundan başqa Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik hasarının tikintisi də davam edir. Bugünədək hasarın planlaşdırılan 825 kilometrdən 367 kilometri inşa edilib.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR