Dil: Türkçe

Saytdan Axtar

Azərbaycanda uşaqların peyvənd edilməsi barədə bütün məlumatlar elektron qaydada əldə olunacaq

2017/01/21 00:17
Azərbaycanda uşaqların peyvənd edilməsi barədə bütün məlumatlar elektron qaydada əldə olunacaq

Azərbaycanda uşaqların peyvənd edilməsi barədə bütün məlumatlar elektron qaydada əldə olunacaq.

 

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin dirketor müavini Afaq Əliyeva bildirib ki, elektron səhiyyəni inkişaf etdirərək Sağlamlıq Kartı sistemi vasitəsilə peyvənd işinə nəzarəti gücləndirmək üçün hər uşağın peyvənd olunması barədə məlumatı hesabat formasında əldə etmək imkanı yaradılıb. Bakı şəhərində sınaqdan keçirilmiş bu proqramın 2017-ci ildən respublikanın digər şəhər və rayonlarında tətbiqi nəzərdə tutulur.

 

A. Əliyeva deyib ki, son illər yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan genişmiqyaslı və səmərəli tədbirlər nəticəsində ölkədə dayanıqlı epidemioloji sabitlik təmin edilib. Ölkə üzrə peyvənd planının yüksək səviyyədə yerinə yetirilməsi və Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin profilaktikası sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub. İdarəolunan xəstəliklərdən 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca, 2014-cü ildən göyöskürək, 2016-cı ildən epidemik parotit xəstəlikləri qeydə alınmayıb, tetanus xəstəliyi isə tək-tək hallarda qeydə alınıb. Hepatit B əleyhinə 2001-ci ildən tətbiq edilən profilaktik peyvənd nəticəsində uşaqlar arasında son illərdə bu xəstəliyin dinamik azalması müşahidə olunur.

 

A. Əliyeva vurğulayıb ki, ölkəyə daxil olan preparatlar Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasını keçmiş vaksinlərdir. Onun sözlərinə görə, respublikada peyvəndlərlə idarə olunan yoluxucu xəstəliklərin qarşısının alınması tədbirlərinin daha da gücləndirilməsi məqsədilə son illər əlavə immunlaşdırma tədbirləri tətbiq edilir: “Son 5 il ərzində profilaktik peyvənd təqviminə yeni peyvəndlər daxil edilib. 2011-ci ilin iyul ayından B tipli hemofil infeksiyaya qarşı, 2013-cü ilin dekabr ayından pnevmokok əleyhinə, 2016-cı ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksinlərinin tətbiq  edilməsi nəticəsində bu gün Azərbaycanda uşaqların inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, 11 xəstəliyə qarşı peyvənd edilməsi təmin olunub. Vaksinlərin etibarlı saxlanması məqsədilə “soyuq zəncir” sistemi gücləndirilib. Peyvənd saxlanılan anbarlarda temperatur rejiminin daimi monitorinqinin aparılması üçün onların lazımi texniki avadanlıqla təminatı həyata keçirilib. Peyvəndlərin və digər peyvənd materiallarının bu sistemin tələbləri daxilində yerlərə mərkəzləşdirilmiş qaydada daşınması təmin edilib”.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR