Dil: Türkçe

Saytdan Axtar

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşlarla görüşəcək

2017/01/20 01:00
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşlarla görüşəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun Goranboy rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Komitənin mətbuat xidmətindən bildirilib ki, vətəndaş qəbulu yanvarın 28-i tarixinə keçirilib. Qəbulda Goranboy, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər. Komitə sədrinin vətəndaşlarla görüşündə yalnız ƏMKD-nın fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin [email protected] elektron ünvanına yaza və Komitənin Aparatı (012) 490 24 08 (daxili 105 və 200) ilə əlaqə saxlaya bilərlər./Report/




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR