Dil: Türkçe

Saytdan Axtar

Bütün Türkiyədə işıqlar söndü – Həyəcan+Yenilənib

2015/03/31 14:44
Bütün Türkiyədə işıqlar söndü – Həyəcan+Yenilənib

Türkiyədə elektriklər kəsilib. 

 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul və Ankara şəhərləri də daxil olmaqla yaranan texniki problem əksər şəhərlərdə də qeydə alınıb. İstanbul bələdiyyəsi elektrikin kəsilməsi ilə əlaqədar metro, tramvay səfərlərinin ləğv edildiyini açıqlayıb. Hazırda metroda köməksiz vəziyyətdə qalan insanların olduğu bildirilir. Yerli mətbuat Bursa, Rize, Manisa, Kayresi, Balıkesir, Konya, Aydın, Adana, Bitlis, Çanakkale, Hatay, Denizli, Eskişehir, İzmit, Bilecik, Samsunda da eyni durumun yaşandığını yazıb. Elektrikin kəsilməsinin səbəbi isə hələ ki bilinmir.

***

Türkiyədə elektrikin kəsilməsi ilə bağlı ölkənin səlahiyyətli şəxsləri açıqlama veriblər. “Qafqazinfo” xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi bildirib ki, 15 ildən bəri ilk dəfədir ki, belə bir durum yaşanır və texniki problemin aradan qaldırılması üçün bütün qüvvələr səfərbər edilib. Nazirlik yaranan durumun elektrik xətlərindəki problemdən qaynaqlanacağını ehtimal edir:

Baş nazir Əhməd Davudoğlu isə məsələ ilə bağlı Enerji Nazirliyində təcili toplantı keçirildiyini deyib: “Hər cür ehtimalı araşdırırıq. Terror hücumu olub-olmaması istiqamətində də araşdırma aparırıq”.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR