Dil: Türkçe

Saytdan Axtar

Azərbaycanda avtomobillərin qiymətində 22 min manatadək artım

2015/02/24 16:56
Azərbaycanda avtomobillərin qiymətində 22 min manatadək artım
Azərbaycan avtomobil bazarında manatla satılan maşınların qiymətində ciddi artım müşahidə olunur.
 
“Toyota”, “Hyundai”, KİA, “Cehvrolet” brendlərinin Azərbaycandakı rəsmi distribüterlərindən  verilən məlumata görə, avtomobillərin qiymətinin artırılmasına səbəb nəqliyyat vasitələrinin xarici ölkədən dollarla alınıb gətirilməsi və Azərbaycanın milli valyutasının ucuzlaşmasıdır.
 
Distribüterlərin məlumatına görə, modelindən və markasından asılı olaraq avtomobillərin qiyməti 30-40% artıb.
 
“Mercedes-Benz” brendinin Azərbaycanda minik avtomobilləri üzrə rəsmi dileri olan “AutoStar Kaukasus” şirkətindən bildirblər ki, manatın devalvasiyasına baxmayaraq, şirkətin anbarında mövcud olan avtomobil və ehtiyat hissələrinin qiymətlərində heç bir dəyişiklik yoxdur.
 
Lakin “AutoStar Kaukasus”dan manatın devalvasiyasından sonra sifariş olunan və ya gətirilən avtomobil və ehtiyat hissələrinin qiymətinin avronun manata qarşı məzənnəsinə uyğun olaraq hesablanacağını da qeyd ediblər.
 
Oxu.Az Azərbaycanda ən çox satılan avtomobillərin manatın ucuzlaşmasından sonra rəsmi diler və avtomobil bazarının iştirakçıları tərəfindən müəyyənləşdirilmiş qiymətlərini təqdim edir:
 
Hyundai Azərbaycan
 
“Hyundai Sonata”: köhnə qiyməti 26 900 AZN, yeni qiyməti 34 900 AZN
 
“Hyundai Accent”: köhnə qiyməti 16 500 AZN, yeni qiyməti 18 200 AZN
 
KİA Motors
 
“KİA Optima”: köhnə qiyməti 27 900, yeni qiyməti 34 900 AZN
 
Toyota Bakı Mərkəzi 
 
“Toyota Corolla”: köhnə qiyməti 21 900 AZN, yeni qiyməti 23 000 AZN
 
“Mercedes-Benz”-in qeyri rəsmi qiyməti
 
“Mercedes E 200”: köhnə qiyməti 52 000, yeni qiyməti 68 000 AZN
 
BMW-nin qeyri rəsmi qiyməti
 
“BMW 528”: köhnə qiyməti 70 400 AZN, yeni qiyməti 92 500 AZN 
 
“Chevrolet-in qeyri rəsmi qiyməti
 
“Chevrolet Aveo”: köhnə qiyməti 15 450 AZN, yeni qiyməti 18 270 AZN(oxu.az)



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR