Dil: Türkçe

Saytdan Axtar

Türkiyənin ilk mədəniyyət naziri vəfat etdi

2014/12/06 18:45

	Türkiyənin ilk mədəniyyət naziri vəfat etdi
Türkiyənin ilk mədəniyyət naziri Tələt Səid Halman vəfat edib.    Publika.az-ın məlumatına görə, Bilkənt Universiteti müəllimi Səid Halman təhsil ocağında dərs deyən zaman ürək tutmasından dünyasının dəyişib.   O, 1931-ci ildə İstanbulda doğulub. Robert Kollecini bitirdikdən sonra təhsilini Kolumbiya Universitetində davam etdirib. 1953-1960-cı illərdə Kolumbiya Universiteti, 1966-1971 ve 1972-1980-cı illərdə Prinseton Universiteti, 1984-1986-cı illərdə Pennsilvaniya Universitetində türk dilli, ədəbiyyatı ve mədəniyyəti, eləcə də İslam və İslam mədəniyyəti ilə Yaxın Şərq mövzularında dərslər verən Halman, 1986-1996-cı illərdə Nyu York Universiteti Yaxın Şərq Dilləri və Ədəbiyyatı kafedrasında müdiri olub.      Türkiyənin ilk mədəniyyət naziri olan Halman, ən son Bilkənt Universitetində işləyib və elə dərs keçən vaxtı ürək tutmasından dünyasını dəyişib.



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR