Dil: Türkçe

Saytdan Axtar

Türkiyə Mədəniyyət günləri çərçivəsində Nizami Kino Mərkəzində “Aşk tesadüfleri sever” filmi nümayişi olunub

2014/11/26 17:21

	Türkiyə Mədəniyyət günləri çərçivəsində Nizami Kino Mərkəzində “Aşk tesadüfleri sever” filmi nümayişi olunub
Türkiyənin Mədəniyyət və Turizm nazirliyi,  eləcədə  Azərbaycanın Mədəniyyət və Turizm nazirliyinin dəstəyi və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Türkiyə Mədəniyyət  günləri çərçivəsində noyabrın 25-də Nizami Kino Mərkəzində “Aşk tesadüfleri sever” filmi nümayiş olunub. Nümayişindən əvvəl çıxış edən  “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya baş müdirliyinin idarə rəhbəri Mustafa  Yavuzkanat iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın vacibliyindən söz açıblar. Daha sonra film nümayiş olunub. Məlumat üçün bildirək ki, “Aşk Tesadüfleri Sever”  filminin   ssenaristi  Nuran Evren Şit,  rejissor isə Ömər Faruk Sorakdır. Bu filmi iki gəncin sevgiyə doğru aparan həyat yolundan bəhs edir. Qeyd edək ki, 2011-ci ildə lentə alınan filimdə baş rollarda Mehmet Günsür, Belçim Bilgin, Yigit Özşener,  Altan Erkekli, Ayda Aksel, Hüseyn Avni Danyal və başqaları çəkiliblər. Türkiyə mədəniyyəti günləri noyabrın 27-dək davam edəcək.



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR