Dil: Türkçe

Saytdan Axtar

“Milli Parklarda davranış qaydaları”

2017/12/05 07:03

	“Milli Parklarda davranış qaydaları”

 

“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Milli Parklarda davranış qaydaları” layihəsi çərçivəsində Göygöl rayonunda cari ilin 1 və 4 dekabr tarixlərində tədbirlər keçirilib. 

İctimai Birlikdən verilən məlumata görə, təlim iştirakçıları Milli Parklara gələn turistlər tərəfindən riayyət olunması vacib hesab olunan qaydalar haqqında və bu qaydalara riayyət olunmadığı təqdirdə onların yarada biləcəkləri təhlükələr, turist marşurutları, ziyarətçilərin park ərazisinə gətirdiyi qidaların istifadəsi üçün xüsusi özünəxidmət köşklərdən, velosiped və avtomobil dayanacaqlarından istifadə etməsi ilə əlaqədar maarifləndiriliblər. Təlim sual-cavab, müzakirə formatında keçirilmiş, gənclər komanda işinə cəlb olunmuşdurlar. Sonda Milli Parklara dair video-çarx nümayiş etdirilib. 

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Milli Parkların ziyarətçilərinin gənclər vasitəsi ilə parkların daxili qaydaları ilə tanış etmək, bu qaydalar pozulduğu təqdirdə yarana biləcək təhlükələr haqqında maarifləndirmə təbliğat işlərini aparmaqdan ibarətdir.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR