Dil: Türkçe

Saytdan Axtar

Sumqayıtda “Risk qruplarına daxil olan ailələr ilə iş” mövzusunda təlim.

2017/12/04 16:48

	Sumqayıtda “Risk qruplarına daxil olan ailələr ilə iş” mövzusunda təlim.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində qaliblərdən biri olmuş “Sumqayıt şəhəri  ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının artırılması sahəsində tədbirlər” layihəsinin icrası çərçivəsində növbəti tədbir həyata keçirilmişdir. Təlimin “Risk qruplarına daxil olan ailələr ilə iş” mövzusuna həsr edilmişdir. Təlimçi kimi Azərbaycan bu sahədə tanınmış mütəxəssislərdən biri olan Hüseyn Xəlilov dəvət edilmişdir. Təlimdə Sumqayıt şəhər orta məktəblərindən seçilmiş 20 psixoloq iştrak etmişdir.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəsi, Sumqayıt şəhəri M.Müşfiq qadına 34 saylı orta məktəbin psixoloqu Sevda Mustafayeva tədbir iştrakçılarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsinin məqsədləri və müsabiqə çərçivəsində həyata keçirilən “Sumqayıt şəhəri  ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının artırılması sahəsində tədbirlər” layihəsi barədə geniş və ətrqaflı məlumat verilmişdir. Məktəb psixoloqları təlimdə olduqca aktiv iştrat etmişdirlər. Təlimin sonunda təlimin mövzusu ilə bağlı anktet sorğular da təşkil edilmişdir.

Qeyd edək ki. Layihə çərçivəsində daha bir neçə mövzuda məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil ediləcəkdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi ərçivəsində həyata keçirilən “Sumqayıt şəhəri  ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının artırılması sahəsində tədbirlər” layihəsinin icrası  22 dekabr 2017-ci il tarixinə kimi davam edəcəkdir. Layihə çərçivəsində təşkil ediləcək tədbirlər barəsəində də geniş məlumatlar veriləcəkdir. 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR