Dil: Türkçe

Saytdan Axtar

Üç uşaq atası subay qızdan əl çəkmir – Bakı sakinindən şikayət

2017/12/03 01:31

	Üç uşaq atası subay qızdan əl çəkmir – Bakı sakinindən şikayət

Bakı şəhəri, Yasamal rayonu sakini Rəna Hacıyeva ölkə.az-ın redaksiyasına qızının keçmiş tanışı barədə məktub ünvanlayıb. Hacıyeva məktubunda qeyd edir ki, qızının bir neçə il öncə tanış olduğu və sonradan ailəli olduğunu bilərək uzaqlaşdığı Fərid Məhərrəmov adlı şəxs onlardan əl çəkmir:

“Mən Hacıyeva Rəna Süleyman qızı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 48 A, mənzil 13 ünvanında qeydiyyatdayam. Qızım Hacıyeva Nərmin Faiq qızı də həmin ünvanda qeydiyyatdadır. Nəzərinizə çatdırıram ki, qızım bir neçə il bundan əvvəl 1982-ci il təvəllüdlü Məhərrəmov Fərid Məcid oğlu adlı şəxslə tanış olub. F.Məhərrəmov qızımla tanış olan zaman subay olduğunu deyib. Biz sonradan F.Məhərrəmovun ailəli olduğunu və 3 uşaq atası olduğunu biləndən sonra qızım onunla bütün əlaqələrini kəsib. Bundan sonra həmin şəxs bizim həyatımızı məhv etmək üçün əlindən gələni etməyə başladı, həyatımızı kabusa çevirdi. O, qızıma hansısa xarici dövlətdə çəkilən (videoda ərəb dilində danışıqlar eşidilir) əlində silah olan videolarını göndərərək bizim ailəmizi fiziki olaraq məhv etməyə qadir olduğunu bildirirdi. F.Məhərrəmov həmin videolarla bizi ölümlə hədələməyə başladı”.

R.Hacıyeva qeyd edir ki, Məhərrəmovun əməllləri barədə 3 dəfə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər:

“Onun dilindən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində iltizam alındı ki, bizə bir daha hədə-qorxu gəlməyəcək. Daha sonra F.Məhərrəmov qızımdan və məndən Nərimanov RPİ-nə şikayət edərək guya bizim onun pulunu dələduzluq yolu ilə mənimsədiyimizi bildirdi. Bu səbəbdən qızım bir dəfə xaricdən gələn zaman aeroportda saxlanıldı. Sonradan istintaqı aparan müstəntiq qızım və mənim barəsində şər-böhtan dolu şikayət ərizəsi əsasında cinayət işi başlamaqdan imtina edərək materialı rədd etdi”.

Şikayətçi sonda mətbuat vasitəsilə daxili işlər naziri Ramil Usubova müraciət edib:

“Cənab general-polkovnik cənab Ramil Usubova bir ana, Azərbaycan qadını kimi müraciət edirəm ki, bizim işimizin obyektiv araşdırılması üçün lazımı göstərişlərini versin. Son illər Azərbaycan polisinin cəmiyyət daxilində müsbət imicini, yüksək nüfuzu formalaşmışdır. Bu isə cənab prezident İlham Əliyevin daxili işlər orqanlarına qayğısı və cənab nazir R.Usubovun gərgin əməyinin bəhrəsidir. Cənab nazir, R.Almasov kimi polisin yüksək adına ləkə gətirən şəxsin Azərbaycan qadınına qarşı apardığı şər-böhtan kampaniyasına imkan verməməyi sizdən dönə-dənə xahiş edirəm”.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR