Dil: Türkçe

Saytdan Axtar

“Bayrağımız-qürur mənbəyimizdir!”    

2017/12/02 18:48

	“Bayrağımız-qürur mənbəyimizdir!”

	 

	 

Dövlət Bayrağı gününə həsr olunmuş “Bayrağımız-qürur mənbəyimizdir!” adlı silsilə tədbirlərin davamı olaraq 2017-ci il dekabrın 7-də saat 1100-da Binəqədi rayonu İbrahimpaşa Dadaşov küç.171 ünvanında  yerləşən 83 saylı məktəb-liseydə (Azadlıq m. yaxınlığında),

 “İnnovativ Təşəbbüslər” ictimai birliyinin təşəbbüsü, Şəhid ailələrinə sosial dəstək ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Bayrağının təbliği məqsədi üçün üç rəngli göy, qırmızı, yaşıl, ay-ulduzlu şanlı bayrağımızın Sağlam Təhsil sinfinin şagirdlərinə təqdim etmə, məktəblilərin bayrağa “Sədaqət” andı içmə və dövlət bayrağının təbliğinə dair hazırlanmış sosial rolikin nümayiş olunma mərasimi keçiriləcəkdir.

Tədbirdə Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, İcra Hakimiyyətinin şəhid analarının, müharibə veteranlarının, ictimai təşkilatların, KİV-lərin, şəhər muzeylərinin və digər idarə-müəssisələrin nümayəndələrinin iştirakı gözlənilir.

Tədbirdə Müdafiə Nazirliyi Mənəvi–Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin nümayəndəsinin, İnnovativ Təşəbbüslər İctimai Birliyinin sədri Əşrəf Əhmədovun, Şəhid analarının və digər tədbir iştirakçılarının məruzə və çıxışları dinləniləcək.

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR