Dil: Türkçe

Saytdan Axtar

Türkiyə “Fırtına”ları Ermənistan sərhədinə yeritdi

2017/11/30 03:04

	Türkiyə “Fırtına”ları Ermənistan sərhədinə yeritdi

Türkiyə ordusu Ermənistanla sərhəddə yerləşən Ağrı vilayətinin Doğubəyazid rayonunda Tendürək dağı ətəklərində terrorçu mövqelərini “Atak” hücum helikopterləri və “Fırtına” haubitsaları ilə atəşə tutub.
Axar.az xəbər verir ki, xüsusi təyinatlı jandarm qüvvələrinin iştirakı ilə kəskin qarlı şəraitin hökm sürdüyü Tendürək dağında əməliyyata başlanılıb. Əməliyyat zamanı terrorçu PKK qruplaşmasına aid mağara və yeraltı sığınacaqlar bombalanıb.
Jandarm qüvvələrinin komandanlığından verilən məlumata görə, başda Ağrı və Tendürək dağları olmaqla əməliyyatların bölgədə qış mövsümü müddətində fasiləsiz olaraq davam etdiriləcəyi bildirilib.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR