Dil: Türkçe

Saytdan Axtar

\"Tarixə körpü olan Fotoqraf\"...Vüqar Abbasəli yazır

2017/11/23 09:16
\
Zaman-zaman dahi insanlar yetişir.Bu dahi insanlar istər elm,istərsədə incəsənətdə öz izlərin qoyub getmiş dahi şəxsiyyətlərdir.Ancaq bizimlə eyni havanı udan,yaşayan dahi insanlarımız var. Bunlardan biri Füzuli fotografiya məktəbinin müəllimi Nurəhməd əmidir. "Tarixə körpü olan Fotoqraf"dır Nurəhməd əmi. Vəliyev Nurəhməd 30 mart 1967-ci ildə Füzuli rayonunun mahmudlu 2 kəndində sadə ailədə dünyaya göz açıb Hələ gənc yaşlarında fotografiyaya böyük həvəs göstərib. Gündüz və gecə, həyat və ölüm, zənginlik və yoxsulluq, sevinc və kədər, gözəllik və eybəcərlik, bütün bu kontrastlar hər birimizdə fərqli, dəyişkən, digərlərinkinə bənzəməyən həyatın iki əks sərhədi, hüdudlarıdır. Bu sərhədlər zaman-zaman kəsişir və həyatın bənzərsiz şəklini formalaşdırır. Bəzi insanlar öz həyatlarında bilə bu şəkli görə bilmir, bəziləri görür lakin digərlərini təsvir edə bilmir. Fotoqraf – həyatımızdakı bu vəhdətlikləri görmək və həkk etmə bacarığına sahib insanlardır. Fotoqraflar – nadir halda və çətinliklə özləri haqqında danışırlar. Fotoqrafın yerinə onun çəkdiyi şəkillər danışır, fotoqraf haqqında onun işlərinə, həyata baxışına görə fikir söylənilir, qərar verilir… Həyatımız elə qurulub ki, müdriklik, səbr və anlayış hissləri bizə yaş ötdükcə, zamanla verilir və bu yaş dövrü hər kəsdə fərqlidir. Bizlərin hər birinə təcrübə qazanaraq müdrik olmamız üçün müəyyən həyat yolu keçməyimiz lazımdır; bu yolu nə qədər tez keçərsək bir o qədər müdrikləşmiş oluruq. Qısacası, bütün ömrümüz boyu bu şəkildə davam edir. Nə qədər çox sevdiyimi izah etməkdə hər zaman çətinlik çəkdiyim bir məqam vardır.Həyatın xoşbəxt anlarını xatirələrə həkk etməkdən, toy günü gənclərin yaşadığı sevinci bölüşməkdən gözəl nə ola bilər ki?! Nurəhməd Vəliyev. Vüqar Abbasəli



ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR