Dil: Türkçe

Saytdan Axtar

ƏSMDİ ictimai birliyinin nəzdində yaranan Muğam Dünyası klubu Sumqayıt şəhəri Poeziya evində oldular 

2017/11/14 22:07

	ƏSMDİ ictimai birliyinin nəzdində yaranan Muğam Dünyası klubu Sumqayıt şəhəri Poeziya evində oldular 

Bu gün Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Poeziya evində təşkilatın üzvü Samir İmanovun kitabının imza günü təşkil olunub. Tədbiri giriş sözü ilə açan ƏSMİD İb sədri Səbinə Kərimova təşkilat barədə qısa məlumat verərək Samir İmanovun həyat yolundan danışdı. Samir İmanov 1981-cil il Avqustun 27-də Sumqayıt şəhərində anadan olub. “Serebral İflic” və “Hemofiliya” xəstəliklərindən əziyət çəkir və 1-ci qrup əlildir. Təhsilini “Sumqayıt Şəhər Evdə Təhsil Məktəbi”ndə alıb. Əlilliyi olan insanlardan bəhs edən bir-neçə kitabın müəllifidir. Dəfələrlə Fəxri Fərman, Diplom və digər mükafatlarla təltif edilib. ”Özünlə fəxr et” kitabı əlilliyi olan insanların sosial həyatından, qarşılaşdıqları problemlərdən, qazandıqları uğurlardan, həyata baxışlarından və sairə bəhs edir. Kitabın yazılmasında əsas məqsədlər, əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək və əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etməkdir. Sonra tədbirin aparıcısı Əli Nəcəfxanlı gözəl bir şeyri ilə Samir bəyi təbrik edərək ona öz kitabını hədiyyə etdi. Tədbirdə iştirak edənlər Azərkimya İstehsalat Birliyinin nümaəndəsi Vaqif Ömərov,Jurnalistlər Birliyinin Sədri Rafiq Oday, Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi Gülrəng xanım,Sumqayıt Təhsil şöbəsinin nümayəndəsi Kəmayil bəy,Sumqayıt yazıçılar birliyinin sədri Gülnarə xanım,Şair Əvəz Əşrəf Lələdağ,Poeziya evinin nümayəndəsi Almaz xanım,Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai birlik rəhbərləri ,Manevr.az saytının rəhbəri Namiq Dəlidağlı hər biri çıxış edərək öz ürək sözlərini bildirdilər.Tədbir ƏSMDİ ictimai birliyinin nəzdində yaranan Muğam Dünyası klubunun üzvülərinin gözəl ifaları ilə sona çatdı.

 

Fuad

Nərmin Rzayeva adlı şəxsin şəkli.

 

Nərmin Rzayeva adlı şəxsin şəkli.Nərmin Rzayeva adlı şəxsin şəkli.Nərmin Rzayeva adlı şəxsin şəkli.Nərmin Rzayeva adlı şəxsin şəkli.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR