Dil: Türkçe

Saytdan Axtar

Samir İmanovun kitabının imza günü təşkil olundu.

2017/11/14 18:07

	Samir İmanovun kitabının imza günü təşkil olundu.

Bu gün Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Poeziya Evində təşkilatın üzvü Samir İmanovun kitabının imza günü keçirilib. 
Tədbiri giriş sözü ilə açan ƏSMİD İb sədri Səbinə Kərimova təşkilat barədə qısa məlumat verərək Samir İmanovun həyat yolundan danışdı. Qeyd etdi ki, Samir İmanov 1981-cil il Avqustun 27-də Sumqayıt şəhərində anadan olub. “Serebral İflic” və “Hemofiliya” xəstəliklərindən əziyət çəkir və 1-ci qrup əlildir. Təhsilini “Sumqayıt Şəhər Evdə Təhsil Məktəbi”ndə alıb. Əlilliyi olan insanlardan bəhs edən bir neçə kitabın müəllifidir. Dəfələrlə Fəxri Fərman, Diplom və digər mükafatlarla təltif edilib. ”Özünlə fəxr et” kitabı əlilliyi olan insanların sosial həyatından, qarşılaşdıqları problemlərdən, qazandıqları uğurlardan, həyata baxışlarından və sairə bəhs edir. Kitabın yazılmasında əsas məqsədlər, əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək və əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etməkdir. 
Tədbirin aparıcısı Əli Nəcəfxanlı müəllifi gözəl bir şeiri ilə təbrik etdi, ona öz kitabını hədiyyə verdi. Tədbirdə iştirak edənlər Azərkimya İstehsalat Birliyinin nümayəndəsi Vaqif Ömərov, AJB-nin Sumqayıt təşkilatının sədri Rafiq Oday, Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi Gülrəng xanım, Sumqayıt Təhsil şöbəsinin əməkdaşı Kəmayıl Namazov, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, şairlərdən Əvəz Mahmud Lələdağ, Namiq Dəlidağlı, yazıçı Almaz Sahilə ,QHT rəhbərləri  və digərləri çıxış edərək öz ürək sözlərini söylədilər, müəllifə yaradıcılıq uğurları dilədilər. Tədbir ƏSMDİ ictimai birliyinin nəzdində yaranan Muğam Dünyası klubunun üzvülərinin gözəl ifaları ilə sona çatdı.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR