Dil: Türkçe

Saytdan Axtar

Bob Dilanın gitarası 400 min dollara satıldı

2017/11/12 23:39

	Bob Dilanın gitarası 400 min dollara satıldı

ABŞ şairi və musiqiçisi Bob Dilanın gitarası Dallasda (Texas ştatı) 396,5 min dollara satılıb.
Muxalifet.az Heritage Auctions hərrac evinin məlumatına istinadən bildirir ki, Dilan Martin markasının akustik D-28 modelindən olan gitarasını 1963-cü ildə alıb. 
Əfsanəvi musiqiçi bu alətdə 10 ildən artıq çalıb. 1970-ci illərin sonlarında musiqi alətini özünün gitara ustasına satıb. Dilanın indiyə qədər saxladığı çekin üzərində gitaranın dəyərinin o zaman 500 dollar olduğu qeyd olunub. 
Xatırladaq ki, 2016-cı ildə Bob Dilan ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR