Dil: Türkçe

Saytdan Axtar

Şamaxıda avtomobil piyadaları vurdu

2017/11/12 23:31

	Şamaxıda avtomobil piyadaları vurdu

Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində iki piyadanı avtomobil vurub.
Muxalifet.az "Report"a istinadla xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri 1970-ci il təvəllüdlü Şamaxı rayon, Şəhriyar qəsəbə sakini İsmayılov Tofiq Qəşəm oğludur. Digər xəsarət alanın şəxsiyyəti hələ ki, məlum deyil.
Hadisəni törədən sürücü "VAZ-2107" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşarkən Mədrəsə qəsəbəsi istiqamətdə yol kənarındakı ağaca çırpılıb.
Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb.
Faktla bağlı araşdırma aparılır.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR