Dil: Türkçe

Saytdan Axtar

Bu "WhatsApp" proqramını təcili silin

2017/11/12 23:25

	Bu "WhatsApp" proqramını təcili silin

Bütün dünya üzrə milyondan çox istifadəçi yeniləmə zamanı Vatsapın saxta versiyasını yükləyiblər. Saxta proqram insanları reklamla bezdirməyə başlayıb.
"Google Play" əlavələr mağazasına dələduzlar tərəfindən "Update WhatsApp Messenger" adlı proqram qoyulub. Orijinaldan ustalıqla fərqi yalnız ondan ibarət olub ki, boşluqdakı (probel) simvolu başqa UNİKOD ilə hazırlanıb. Federal xəbərlər agentliyi bildirir ki, bunu sezməyən "Google" robotu əlavəni qeydə alıb və milyondan çox insan onu öz telefonlarına yükləyib.
Bildirilir ki, virus proqramı yalnız reklam bannerlərini yayıb və istifadəçilərə ciddi zərər vurmayıb. Hazırda saxta messencer "Google Play"dən silinib(publika.az).




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR