Dil: Türkçe

Saytdan Axtar

Mir Şahin Ağayev bu telekanala rəhbər gətirilir

2017/11/10 22:55

	Mir Şahin Ağayev bu telekanala rəhbər gətirilir

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev CBC TV-YƏ (“Caspian Broadcasting Company”) rəhbər vəzifəyə gətirilir.
Muxalifet.az bildirir ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, hələlik Mir Şahin Ağayev təsisçilər tərəfindən edilən təklifə müsbət cavab verməyib.
Məlumata görə, CBC TV rəhbərliyi Mir Şahin Ağayevin adı çəkilən telekanala gətirilməsində israrlıdır. 
“Hazırda CBC TV rəhbrəliyi ilə Mir Şahin Ağayev arasında danışıqlar gedir” – deyə əldə etdiyimiz məlumatda qeyd olunur. 
Məsələ ilə bağlı Mir Şahin Ağayevlə də telefon əlaqəsi saxladıq. O, bu barədə danışmaq istəmədiyini bildirdi.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR