Dil: Türkçe

Saytdan Axtar

Milli geyim dəfiləsi Göyçayda XII Nar festivalının parlaq bəzəyi oldu (FOTO)

2017/11/10 21:59

	Milli geyim dəfiləsi Göyçayda XII Nar festivalının parlaq bəzəyi oldu (FOTO)

Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin dəfiləsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Göyçay İcra Hakimiyyəti Göyçayda birgə təşkil etdiyi XII Nar festivalının parlaq bəzəyinə çevrilib.

Turkiye-az-ın məlumatına görə, dəfilədə daha əvvəl müxtəlif beynəlxalq tədbirlərdə təqdim olunmuş geyimlər nümayiş etdirilib.

Kolleksiyanın nümayişində “Venera” agentliyinin (rəhbəri Syama Həsənova) modelləri iştirak ediblər. Modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova təşkilatçılara öz minnətdarlığını bildirib, festivalın yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Nar unikal bəhrədir, Azərbaycan isə dünyada narın bütün çeşidlərinin yetişdiyi yeganə ölkədir. Parlaq şirəli məhsul çoxdandır Azərbaycanın da dəyişməz rəmzinə çevrilib. Ona şeirlər və mahnılar qoşurlar, himnlər həsr edirlər. Azərbaycanda narı meyvələrin kralı adlandırırlar. Göyçay Azərbaycanın nar paytaxtı hesab olunur. İkin gün davam edən festivalda qonaqlara rəngarəng proqram, musiqi, rəqs və folklor kollektivlərinin çıxışı təqdim edilib, yarmarka və sərgi keçirilib, müxtəlif əyləncəli tədbirlər və müsabiqələr, region üzrə ekskursiyalar təşkil olunub.

 

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR