Dil: Türkçe

Saytdan Axtar

Oya Ergün İctimai radioda-Fotolar

2017/11/10 21:51

	Oya Ergün İctimai radioda-Fotolar

Azərbaycanda yaşayan Türkiyənin opera və vokal sənətçisi Oya Ergün İctimai radioda Rəfail Səlimovun təqdim etdiyi "Meqapolis" verilişinin qonağı olub.

.. Turkiye.az xəbər verir ki, Oya Ergün verilişdə ölkəmizin dövlət himnini səsləndirib: " Dövlət himnini ifa etmək mənim üçün böyük məsuliyyətdir. Üzeyir Hacıbəyovun əsərlərini çox sevirəm və mənim üçün bütün əsərlərinin musiqisi və sözləri çox dəyərlidir".

Altı ildir Azərbaycanda yaşayan opera ifaçısı ölkəmizi çox sevdiyini qeyd edib: "Azərbaycanı çox sevirəm. Burada çox dəyərli sənət adamları ilə tanış oldum, yüksək musiqi mədəniyyətinin olduğunu gördüm. Qardaş ölkə olduğumuzu bilirdim, amma yaşadıqdan sonra bunu daha çox tərk etdim".

Oya Ergün oğlu Alp haqqında da danışıb: "Oğlumu azad böyütməyə çalışıram. Gələcəkdə hansı sənətdə xoşbəxt olacaqsa, o, sahədə fəaliyyət göstərməsini istəyirəm. 
Musiqiyə marağı var, pianinoda ifa etməyi bacarır. Deyir ki, mahnı oxuyan həkim olmaq istəyir". Turkiye.az

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR