Dil: Türkçe

Saytdan Axtar

MEK tərəfindən növbəti viki-təlim keçirilib

2017/11/10 11:31

	MEK tərəfindən növbəti viki-təlim keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatı dəstəyi və AYAFE gənclər təşkilatının təşkilatçılığı ilə gənclərin vikipediya sahəsində maarifləndirilməsi istiqamətində praktiki viki-təlim keçirilib. Təlimçi qismində MEK-in təlimlər üzrə bölmə rəhbəri Günay Məmmədova çıxış edib. Təlim gənclər tərəfindən maraqla qarşılanıb. Təlimdə iştirak üçün 60-dan çox gənc müraciət edib, onlardan 20 nəfər gənc seçilib. Təlim nəticəsində gənclər vikipediyanın tarixi və strukturu barədə məlumat əldə edərək, vikipediyada redaktə etmək, səhifə və məqalə yaratmağın qaydaları haqqında lazımi nəzəri və praktiki biliklərə yiyələniblər.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR