Dil: Türkçe

Saytdan Axtar

Donald Tramp özü ilə bərabər parityasını da batırır

2017/11/10 00:43

	Donald Tramp özü ilə bərabər parityasını da batırır

Bir ildən sonra keçiriləcək seçkilərdə Respublikaçılar Konqresdəki yerlərin çoxunu itirə bilər
ABŞ-da keçirilən son prezident seçkilərindən düz bir il ötür.
Gözləntilənin əksinə olaraq həmin seçkilərdə Respublikaçılar partiyasının namizədi Donald Tramp Demokrat partiyasından olan rəqibi Hillari Klintona qalib gəldi.
Trampın qələbəsini mənsub olduğu partiyanın bir çox nüfuzlu nümayəndəsi tərəfindən də çaşqınlıq və hətta narazılıqla qarşılandığını söyləyənlər az deyil.
Media, ələlxüsus Qərb mətbuatı bir ildir ki, bu hadisənin şokundan ayıla bilməyib.
Muxalifət.az xarici mediaya istinadən verdiyi xəbərə görə, Ağ Evin hazırkı rəhbəri yalnız sıravi partiya üzvləri tərəfindən nisbətən rəğbət görməkdədir.
Lakin Vaşinqton elitasının dəstəyindən məhrum qalan prezident hazırda partiyasız müstəqil siyasətçi kimi fəaliyyət göstərməyə məcbur qalıb.
Bundan başqa, prezidentlə hakim parityanın qanunvericiləri arasındakı ziddiyyət 2018-ci ildə keçiriləcək seçkilərdə uduzmaq bahasına başa gələ bilər.
Belə ki, Donald Trampa siyasi dəsətək verən nadir media qurumlarından sayılan Fox News kanalının belə keçirdiyi sorğuda Demokrat partiyasının respublikaçılar üzərində əzici üstünlüyü hiss olunur. Kanalın “Senat və Nümayəndələr palatasına keçiriləcək seçkilərdə hansı partiyanın namizədinə səs verərdiniz” sualına respondentlərin 50%-i demokratlardan, yalnız 35%-i respublikaçılardan yana olduğunu söyləyib. Məsələn, 2016-cı ilin noyabrında keçirilən bənzər sorğuda tərəflər arasında bərabərlik qeydə alınmışdı: 45%-45%ABŞ-da fəaliyyət göstərən Geostrateji proqnozlaşdırma korporasiyasının məsləhətçisi Qordon Hanın fikrincə, Fox kanalında verilən rəqəmlər partiyadan daha çox Donald Trama olan narazılığı ifadə edir:
 “Öncə ictimai rəyin dinamikası prezidentin qeyri-adekvat və təxribatçı söyləmləri, habelə qəbul etdiyi ziddiyətli siyasi qərarlarından asılı olaraq dəyişib”.
Ekspertin sözlərinə görə, prezident idarə etdiyi dövrdə həm ənənəvi respublikaçıların, habelə libertarianların (ultra-liberal-red.), əhəmiyyətli hissəsini küsdürüb. Bundan başqa, Tramp onunla bağlı bəzi ümidləri olan Demokrat parityasının sağ qanadının da dəstəyini itirib.
 “Bunların hamısı bir tərəfdən özünü olduqca kobud, qaba və səriştəsiz göstərən, digər tərəfdən də seçkiqabağı vədlərin əksəriyyətini yerinə yetirməyən bir insandan məyus olublar. Məsələn, Tramp bu vaxta qədər keçmiş prezident Barak Obama tərəfindən gətirilən sığorta qanununu (Obamacare-red) ortadan qaldıra bilməyib. O, Meksika ilə sərhəddə divar hörülməsi məsləsində heç bir irəliləyiş əldə etməyib.
Trampın seçkilərdəki əsas rəqibi Hillari Klinton da prezidenti hətta öz partiyası içində parçalanma yaratdığını qeyd edib.
Bunların içində Arizonadan olan senator Ceff Fleyk və Tennesi senatoru Bob Korkerin anti-prezident demarşını göstərmək olar.
Ceff Fleyk prezidenti “ağılsız, təhqiramiz və ləyaqətsiz davranış sərgiləməkdə” günahlandırıb. Senator Bob Korker isə Tramp rəhbərliyindəki Ağ Evi daima tərbiyəçilərin nəzarəti altında qalmalı olan uşaq bağçasına bənzədib.
Doğrudur, hər iki senatorun birdən-birə bu qədər irəli getməsini onların növbəti seçkilərdə namizədliklərini irəli sürməyəcəyi ilə izah etmək olar. Elə bu səbəbədən adları çəkilən Senat üzvlərinə qarşı da partiya tərəfindən hər hansı qınama gələcəyi gözlənilmir.
Lakin onlar kimi düşünən başqa nüfuzlu siyasətçilər də az deyil. Həmin adamların bir çoxu hələ də Trampın prezident olduğunu həzm edə bilmirlər. Bunlardan biri də “cənab Trampın prezident səlahiyyətlərindən başı çıxdığına şübhə edən” Respublikaçılar partiyasının Senatdakı fraksiyasının rəhbəri Mitç Makkoneldir.
Ekspertlərin rəyinə görə, partiyanın qanunverici orqanlardakı müvəffəqiyyəti çox zaman prezidentin uğurlarından və imicindən asılı olur. Hazırda isə Tramp ümumiyyətlə respublikaçı elektorat haqqında əhalidə olduqca mənfi rəy oyadır.
Belə olan halda 2018-ci il seçkilərində demokratların qalib gəlməsi D. Trampı onsuz da cüzi olan dəstəkdən tamamilə məhrum edəcək. Bu isə onun 2020-ci il seçkilərindəki namizədliyini belə sual altına ola bilər./musavat.com/




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR