Dil: Türkçe

Saytdan Axtar

Poroşenko Moskva ilə münasibətləri korlamayacaq - Bəyanat

2017/11/10 00:40

	Poroşenko Moskva ilə münasibətləri korlamayacaq - Bəyanat

Ukrayna Prezidenti Pyotr Poroşenko diplomatik əlaqələrin dayandırılması ilə bağlı bəzi deputatların fikirlərini dəstəkləmədiyini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, Ukrayna lideri Vaşinqtona işgüzar səfəri çərçivəsində belə bir bəyanatla çıxış edib.
Ukrayna prezidentinin sözlərinə görə, rəsmi Kiyev Minsk razılaşmalarının həyata keçirilməsi üçün sülh planına sadiqdir. Beləliklə də, Ali Radada müzakirə olunan qalmaqallı layihəni dəstəkləməyib və gələcəkdə də dəstək verməyi planlaşdırmır. Poroşenko ölkənin sülh planının Minsk sazişlərinin həyata keçirilməsi olduğunu və bu təşəbbüsün müəlliflərinin yalnız bir neçə deputat olduğunu söyləyib.
Qeyd edək ki, sözügedən qanun - “Donbasın reinteqrasiyası haqqında” qanun qəbul ediləcəyi halda Ukraynada olan Rusiya diplomatik qurumları, o cümlədən Rusiya Federasiyasının ərazisində olan Ukraynanın əlaqədar strukturları bağlanacaq.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR