Dil: Türkçe

Saytdan Axtar

Xızıda 126 ədəd partlamamış hərbi sursat aşkarlandı

2017/11/10 00:08

	Xızıda 126 ədəd partlamamış hərbi sursat aşkarlandı

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
ANAMA-dan Muxalifet.az-a daxil olan məlumata əsasən, noyabrın 8-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 126 ədəd partlamamış hərbi sursat (PHS), 174 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 526 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 883 063 kv.m (88.31 ha) ərazi yoxlanılıb.
 
Ümumiyyətlə, 64 gün ərzində 14 694 ədəd partlamamış hərbi sursat (PHS), 6 795 ədəd partlamış-yanmış sursat qalıqları və 64 085 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 62 328 885 kv.m (6 233 ha) ərazi yoxlanılıb.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR