Dil: Türkçe

Saytdan Axtar

“Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” adlı layihə uğurla icra edilib

2017/11/09 13:52

	“Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” adlı layihə uğurla icra edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” adlı layihə uğurla icra edilib.

Oktyabrın 31-də Bakının Binəqədi rayonunda, Noyabrın 2-də Bərdə rayonunda, Noyabr 8-də isə Göyçay rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “Məhv edilmiş mədəni irsimizin gənclər arasında təbliği” layihə çərçivəsində gənclərin iştirakı ilə seminarlar keçirilib. Tədbirə qeyd olunan  rayonların Gənclər və İdman idarələri təşkilati dəstək veriblər.

Layihənin rəhbəri “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin rəhbəri Nurəddin Mehdiyev qeyd edib ki, layihənin keçirilməsində əsas məqsəd işğal altında olan torpaqlarda qalan maddi – mədəni irsin ermənilər tərəfindən  məhv edilməsi ilə bağlı faktların gənclər arasında təbliği və virtual məkanda bu mövzuda təbliğat işinə gənclərin qoşulmasıdır.

Seminarlar çərçivəsində Ermənistanın işğalı nəticəsində Qarabağın maddi - mədəni irsinə dəymiş ziyan və bu mövzuda virtual resurslarda təbliğat işlərinin gücləndirilməsi haqqında ekspertlər tərəfindən məlumatlar verilib, müzakirələr aparılıb. Seminarlarda qeyd edilib ki, Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonların işğalı nəticəsində ölkənin 23 muzeyinə məxsus 86 307 eksponat, 4 şəkil qalareyasına məxsus 371 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxivə məxsus 260 000 sənəd, 5300 memarlıq  abidəsi,  o cümlədən 2261 arxeoloji abidə, 50 000 ədəd şəxsi kolleksiyalarda saxlanan tarixi əhəmiyyətli mədəni-irs nümunələri  Ermənistanın nəzarəti altındadır. Ermənilər tərəfindən məqsədli şəkildə onlarla Kurqanın, insan məskənlərinin, qəbristanlıqların, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi, suni şəkildə, Azərbaycan tarixinə və mədəniyyətinə  ciddi zərbə vurub. İlkin hesablamalara görə  Azərbaycanın tarix və mədəniyyət abidələrinə Ermənistan tərəfindən vurulmuş  zərərin ümumi  miqdarı 177 milyard   ABŞ dolları təşkil edir.

Seminarlarda AMEA İnsan Hüquqları İnstutunun əməkdaşı Faiq İsmayılov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyinin sədri, “Virtual Qarabağ” İKT mərkəzinin rəhbəri Nurəddin Mehdiyev çıxışlarında qeyd ediblər ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki memarlıq abidələrinin bir qisminin  erməniləşdirilməsi, digər bir qismi vandalizmə uğradılması ciddi təşviş doğurur. Qeyd olunmuşdur ki, ermənilərin bu hüquqa zidd əməlləri Beynəlxalq təşkilatlar tərəfindən araşdırılıb öz hüquqi qiymətini almalıdır. Bu istiqamətdə İKT resurlarında təbliğat gücləndirilməli, bu sahədə gənclərin də rolu artırılmalıdır.

Layihənin əsas nəticələrindən biri də o olacaq ki, Qarabağın maddi – mədəni irsinin ermənilər tərəfindən  məhv edilməsi faktlarının təbliğində gənclərin səyləri artacaq.

Tədbir zamanı “İrəvan- gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş olunub. Layihə iştirakçılarına müxtəlif çap məhsulları, paylama materialları təqdim olunub.

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR