Dil: Türkçe

Saytdan Axtar

Biləcəridə qadının evinə basqın edən maskalılar tutuldu

2017/11/08 23:46

	Biləcəridə qadının evinə basqın edən maskalılar tutuldu

Bakının Binəqədi rayonunda yaşayış evinə basqın edənlər həbs olunub.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində yaşayan 66 yaşlı Gülnaz Abdullayevanın evinə maskalı şəxslər basqın edib.
Qarətə gələn quldurlar qadının əl-qolunu bağlayıb, daha sonra evdən 3800 manatı götürərək qaçıblar.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Elvir Məmmədov və Heydər Vəliyev saxlanılıblar. Məlum olub ki, onlar zərərçəkənin həm qonşularıdır, həm də qadının evində usta işləyiblər.
Hər iki saxlanılan şəxs ifadəsində cinayətin digər iştirakçısı Vasif İsgəndərovun da adını çəkiblər.
Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif İsgəndərov da tutulub.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR