Dil: Türkçe

Saytdan Axtar

AZƏRBAYCAN RESPUBLIKASI DÖVLƏT BAYRAĞI – 99

2017/11/08 16:29

	AZƏRBAYCAN RESPUBLIKASI DÖVLƏT BAYRAĞI – 99
2017-ci il noyabrın 8-də saat 1100-da Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən olan Dövlət Bayrağının qəbul edilməsinin 99 illiyinə həsr olunmuş “Bayrağımız - qürur mənbəyimizdir!” adlı tədbir keçirilmişdir. 

 

Tədbir çərçivəsində İnnovativ Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Bayrağının təbliği məqsədi ilə üç rəngli göy,qırmızı,yaşıl,ay-ulduzlu şanlı bayrağımızın 132-134 Nömrəli Təhsil Kompleksinin aşağı sinif şagirdlərinə təqdim etmə və məktəblilərin Bayrağa sədaqət and içmə mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Müdafiə Nazirliyi Mənəvi – Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin baş zabiti polkovnik-leytenant Elmar Zeynəlabdinov tərəfindən 132-134 Nömrəli Təhsil Kompleksinin nümayəndəsi e.o.polkovnik - leytenant  Babazadə Aydına təqdim olundu. Daha sonra İnnovativ Təşəbbüslər İctimai Birliyinin sədri Əşrəf Əhmədov bayrağın insan, xalq və millət həyatında önəmindən danışaraq bayrağımızın gənc nəslə daim təbliğ olunmasının vacibliyini vurğuladı. Daha sonra İnnovativ Təşəbbüslər İctimai Birliyi və Azərbaycan Hərb Tarixi Muzeyinin birgə imzası ilə təsdiq olunmuş sertifikat da məktəbin nümayəndəsinə təqdim olundu.

Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin e.o.general-mayoru İsgəndər Allahverdiyev, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin nümayəndələri polkovnik- leytenant Hacıyev və mayor Əliyev, Müdafiə Nazirliyinin Hərb Oyunları mərkəzinin nümayəndəsi Əliyar Əbilov, H.Əliyev adına ali hərbi məktəblərin zabit və kursanları, hərbi hissələrin zabit və əsgərləri, 132-134 Nömrəli Təhsil Kompleksinin aşağı sinif şagirdləri, Peşəyönümlü Təhsilin İnkişafı İctimai Birliyinin sədri İradə Əlili, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Güləmayıl Murad, Həzi Aslanov adına Mərkəzi Zabitlər evinin nümnayəndəsi şairə-publisist Zəminə Xınalı, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-Maarifləndirmə və ekskursiyalarının təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Sayılov, Dövlət Bayrağının təbliği muzeyinin nümayəndəsi Əminə Məmmədova, Ü.Hacıbəyov muzeyinin elmi işçisi Tamilla Xudaverdiyeva, İçərişəhər Tarixi Muzeyinin fond müdiri Esmira Kazımova, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova və digər idarə-müəssisələrin nümayəndələri, həmçinin KİV iştirak etmişdir.

Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, Müdafiə Nazirliyi Mənəvi – Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin baş zabiti polkovnik-leytenant Elmar Zeynəlabdinovun, İnnovativ Təşəbbüslər İctimai Birliyinin sədri Əşrəf Əhmədovun, Muzeyin baş elmi işçisi t.ü.f.d Vahid İsmayılovun, Muzeyin baş elmi işçisi t.ü.f.d Zəfər Kərimovun və digər tədbir iştirakçılarının günün önəmini bildirən məruzə və çıxışları dinlənilmiş, CBC Televiziyasının çəkdiyi “Müstəqilliyimizin üç rəngi” adlı tammetrajlı sənədli film nümayiş olunmuşdur.

 

Qeyd:

 Məktəblinin Bayrağa Sədaqət Andı.

 

Vətənim Azərbaycanın tarixi torpaqlarında  mübarizlik əzmi ilə  başım üstündə dalğalanan 3 rəngli göy,qırmızı,yaşıl,ay-ulduzlu,şanlı bayrağıma ”Sədaqət” andı içirəm.Təhsi aldığım hər yerdə,yaşadığım hər məkanda Azərbaycan Respublikasının bayrağını hər zaman uca tutacağıma söz verirəm.Vətənimin hər yerində bayrağımızın dalğalanması üçün mübarizə aparacağam.

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR