Dil: Türkçe

Saytdan Axtar

Həkimlər “ölüb” dedi, amma… – Azərbaycanda

2017/11/07 22:41

	Həkimlər “ölüb” dedi, amma… – Azərbaycanda

Lerik rayonunda yol qəzası nəticəsində 59 yaşlı İsabala Sarıbala oğlu Asimovun idarə etdiyi UAZ markalı avtomobil yoxuşu qalxarkən dərəyə aşıb.

Hadisədə sürücü, onun sərnişinləri Ramin Qafar oğlu Həmidov və qardaşı Müseyib Qafar oğlu Həmidov müxtəlif növ bədən xəsarətləri alaraq rayonun mərkəzi xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan İsabala Sarıbala oğlu Asimovun dünyasını dəyişdiyi bildirilib. Yerli mediada sürücünün həyatını itirdiyi barədə məlumat verilib. Lakin həkimlərin “ölüb” dediyi şəxs komadan ayılıb. Xəstəxanadan “Report”a bildirilib ki, cərrahiyyə əməliyyatı zamanı bir neçə dəqiqəlik kliniki ölüm keçirən şəxs komadan çıxıb. Hazırda 59 yaşlı İsabala Sarıbala oğlu Asimovun üzərində aparılan cərrahiyyə əməliyyatı yekunlaşıb. Xəstənin vəziyyəti ağır olaraq qalır.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR