Dil: Türkçe

Saytdan Axtar

“AtaTravel” turizm sahəsində PR-ın təşkilinə dair seminar keçirəcək

2017/11/06 08:33

	“AtaTravel” turizm sahəsində PR-ın təşkilinə dair seminar keçirəcək

14 noyabr 2017-ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelinin “Dəhnə” zalında “AtaTravel” MMC-nin dəstəyi ilə turizm ixtisası üzrə təhsil alan tələbələr üçün turizmdə PR-ın təşkili və əhəmiyyəti mövzusunda seminar keçiriləcək. Təlimçilər “Alibayov Consulting” şirkətinin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun eksperti Vəli Əlibəyov və "AtaHolding"-in Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova iştirakçılara turizm sahəsində PR fəaliyyətinin təşkili, əhəmiyyəti, turizmin müxtəlif məsələləri ilə bağlı ictimai rəyin düzgün formalaşdırılması üsulları, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması yolları öyrədiləcək, həmçinin bu sahədə yeni kommunikasiya texnologiyalarından istifadə vərdişləri aşılanacaq. Təlim zamanı həmçinin Azərbaycan üçün yeni olan Qeobrendinq barədə də məlumat veriləcək. Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim ediləcək. Təlimdə iştirak etmək istəyən tələbələr [email protected] ünvanına CV göndərə bilərlər. 
Qeyd edək ki, tədbir turizm ixtisasları üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını, yeni dövrün tələblərinə cavab verən kommunikasiya vərdişlərini artırmaq, həmçinin, Azərbaycan turizminin inkişafına töhfə vermək məqsədilə keçirilir.
Məlumat üçün bildirək ki, “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. “AtaTravel” MMC turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR