Dil: Türkçe

Saytdan Axtar

Göyçayda Nar bayramı maraqlı anlarla yadda qalıb

2017/11/06 08:16

	Göyçayda Nar bayramı maraqlı anlarla yadda qalıb

Noyabrın 3 və 4-də Göyçayda ənənəvi Nar bayramı keçirilib. Artıq  12-ci ildir keçirilən bu bayramda çoxsaylı yerli sakinlər, o cümlədən Bakıdan, yaxın rayonlardan və xarici ölkələrdən qonaqlar da daxil olmaqla 30 minə yaxın insan iştirak edib. Bayram Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “AzNar” QSC-nin maliyyə dəstəyi ilə baş tutub.

Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici

ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor

nümayəndələrinin, yerli və xarici iş adamlarının iştirak etdiyi möhtəşəm Nar festivalı, həmçinin milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.

Bu ilki Nar bayramı bəzi yeniliklərlə də yadda qalıb. Belə ki, qonaqlar ənənəvi xalq oyunlarını, əl işlərini, nar məhsulları sərgisini izlədikdən sonra bu il ilk dəfə keçirilən “Nar gözəllik müsabiqəsi”nə də tamaşa etmək imkanı qazanıblar. Tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı geyimlərdə olan 30-dan çox mödel-nar gözəlləri səhnəyə çıxıb. Tamaşaçıların böyük maraq və coşqu ilə izlədiyi gözəllik müsabiqəsində münsiflər səsvermə yolu ilə üç “Nar gözəli”ni seçiblər. Onlara “AzNar” şirkəti tərəfindən təyin edilmiş mükafatlar verilib. Birinci yeri tutmuş “Nar gözəli”nə 5 min, ikinci yerə layiq görülənə 3 min, üçüncü yeri tutana isə min manat mükafat təqdim olunub.

Müsabiqədə 1-ci yeri tutmuş “Nar gözəli”inə mükafatı iş adamı Fərhad Əhmədov, digər mükafatçılara isə Zabit Səmədov və Hacı Nuran təqdim edib.

Daha sonra Göyçay şəhərinin mərkəzində rayonun simvolu kimi qoyulmuş nar abidəsinin açılışı olub. Tuncdan hazırlanmış  nar abidəsi bayram iştirakçılarının böyük marağına səbəb olub.

Bayramın birinci günün axşamı Göyçay şəhərində tanınmış incəsənət xadimlərinin iştirakı ilə böyük konsert təşkil edildi, atəşfəşanlıq keçirilib.

Qeyd edək ki, ötən illərdən fərqli olaraq bu il bayram iki gün davam edib.

Bayramın ikinci günü “AzNar” QSC-nin vəsaiti hesabına əsaslı təmir edilmiş Göyçay şəhər stadionunun açılışı olub. Açılış mərasiminin ardınca stadionda Göyçayın “Aznar” futbol komandası ilə Bakının “Neftçi” komandası arasında oyun da keçirilib. 

 

 

 




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR