Dil: Türkçe

Saytdan Axtar

Ermənistan ordusunun silah anbarında güclü partlayış - YENİLƏNİB

2017/11/04 23:24

	Ermənistan ordusunun silah anbarında güclü partlayış - YENİLƏNİB

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistan hərbi hissələrinin birində partlayış baş verib.
Muxalifet.az Trend-ə istinadən məlumat verir ki, saat 12:10 radələrində şimal-şərq istiqamətində hərbi hissədə tank əleyhinə qumbara partlayıb.
Ermənistan silahlı qüvvələrinin hərbçisi, 1997-ci il təvəllüdlü Qrant Manqasaryan ölüb. Daha 2 hərbçi qəlpə yarası alıb.
***
15:17
Noyabrın 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Ağdərə rayonu istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib. 
Muxalifet.az-ın erməni KİV-ə istinadən məlumatına görə, hadisə nəticəsində 12 nəfərin öldüyü, xeyli sayda yaralının olduğu bildirilir.
Partlayış zamanı  hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyektlərə ciddi ziyan dəyib. 
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR