Dil: Türkçe

Saytdan Axtar

"Zəhranın harayı " kompozisyası  Füzuli rayonu Kərimbəyli kənd körpələr evinə birincilik qazandırdı.. 

2/11/2017

	"Zəhranın harayı " kompozisyası  Füzuli rayonu Kərimbəyli kənd körpələr evinə birincilik qazandırdı.. 

Bildiyimiz kimi , Füzuli rayonu  Aşağı Alxanlı kəndində Erməni hərbiçiləri tərəfindən qətlə yetirilmiş azyaşlı körpəmiz Zəhra balamız  Füzuli körpələrinin də ağrılı bir faciəsinə çevrilmişdir. Belə ki, Füzuli rayon Kərimbəyli kənd körpələr evinin körpələrinin" Zəhranın harayı" adlı kompozisyası Füzuli rayon "31" uşaq baxçası arasında keçirilən müsabiqədə körpələrə birincilik qazandırıb. Füzuli rayon Kərimbəyli kənd körpələr evinin müdirəsi Rəmziyyə Qarayevayla müsahibəmizdə qeyd edir ki,uşaqlar üçün bu kompazisyanı hazırlatmaq onlarla bu mövzuda işləmək doğurdan bizim üçün də onlar üçün də sarsıdıcıdır. Düzünü qeyd etsək körpələrlə işləmək doğurdan çox çətindir ,amma buna baxmayaraq fikirləşsək ki, biz düşmənlə üz-üzə cəbhə bölgəsində yaşayırıq və nəzərə alsaq ki,biz tərbiyəçiyik bu gün bizim işimiz vətənini sevən vətənpərvər vətəndaş yetişdirməkdir. Ancaq siz uşaqların kompozisyasına nəzər salsanız burada tək " Zəhra bala"mızın qətli canlanmır, Milli qəhrəmanımız "Mübariz İbrahimov"un "Lələ Təpə" şəhidi mayor "Elnur Əliyev"in də ruhları da canlandırılır. Çox sevindirici haldır ki,körpələrimizin də bu mövzuya marağı var və o səhnəni yaşayırmış kimi canlandırırlar. Məsələn Elnur Əliyev rolunu-Əli Kərimov, Zəhranın anası rolunu- Aysu Vəliyeva,Zəhranın nənəsini -Zərifə Ağayeva canlandırır. Kompozisyaya nəzər yetirsəniz, Qönçə,Nuray ,Zərif ,Aytəkin,Səməddin balamızın necə düşmənə nifrətlərini öz sətirlərinə tökə-tökə şeirləri söylədiklərinin şahidi olacaqsınız. Bir məqamı da diqqətinizə çatdırım ki ,əlavə olaraq Səid balamızın tütəklə ifa etməsi bir növ kənd abı-havasını yaradır kompozisyada. Onu da qeyd edim ki, Zəhra balamızın Ermənistan ordusu tərəfindən qətlə yetirilməsi Füzuli Rayon İcra Hakimiyyəti olsun ,Füzuli ictimayyətinin diqqətindədir. Biz daim körpələrimizə düşmənə nifrət, vətəni sevmək aşılayırıq.Əslində bu çox ürək ağrıdıcı mövzudur,ama onu da qeyd edim ki,burada Füzuli Rayon Kərimbəyli kənd körpələr evinin bütün müəllim kollektivinin əməyi var deyə fikirlərini yekunlaşdırır Rəmziyyə Qarayeva.

Biz  də Türkiyə.az saytı olaraq Füzuli Rayon Kərimbəyli kənd körpələr evinin  gənc müdirəsi Rəmziyyə Qarayevaya və istedadlı balalarımıza uğurlar arzulayırıq




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR