Dil: Türkçe

Saytdan Axtar

“Qarabağ” səfərdən başıuca dönür 

2017/10/31 23:48

	“Qarabağ” səfərdən başıuca dönür 

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində növbəti turun ilk görüşləri keçirildi.

Bizimyol.info xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” İspaniyada “Atletiko” ilə qarşılaşıb.

Təmsilçimiz çətin Madrid matçında hesabı açan tərəf olub. Belə ki, oyunun ilk hissəsində Qurban Qurbanovun yetirmələri Miçelin vurduğu qolla irəli keçib. Elə bu üstünlüklə birinci yarı bitib.

İkinci hissədə “Atletiko” təzyiqi artırmağa başlayıb. Rəqibi əks hücumda yaxalayan təmsilçimiz az qala ikinci qolu ispanların qapısından keçirəcəkdi. Lakin “Qarabağ”ın hücumçüsu Ramil Şeydayevin ötürməsində qeyri-dəqiqlik buna imkan verməyib.

“Atletiko”nun davamlı hücumları 56-cı dəqiqədə qolla nəticələnib. İspaniya təmsilçisinin futbolçusu Tomas uzaqdan vurduğu dəqiq zərbə ilə hesabı bərabərləşdirib.

Qarşılaşmanın 59-cu dəqiqəsində Qurban Qurbanovun yetirmələri azlıqda qalıb. Oyunun ən fəalı olan Pedro Enriqe kobudluğa görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bundan sonra azlıqda qalan “Qarabağ” müdafiəyə çəkilib və hesabı sona qədər qoruya bilib.

“Ateltiko” – “Qarabağ” 1:1

Qollar: Miçel 40, Tomas 56.

Samir M.




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR