Dil: Türkçe

Saytdan Axtar

Millət vəkili: "Bakı-Tbilisi-Qars" qürurverici tarixi hadisədir"

2017/10/31 04:55

	Millət vəkili: "Bakı-Tbilisi-Qars" qürurverici tarixi hadisədir"

"Bu hadisənin başqa qürurverici tərəfi isə cənab İlham Əliyevin kəskin siyasi iradə nümayiş etdirərək işğalçı Ermənistanı bu tarixi layihədən kənarda qoymasıdır". Bunu VOİCEPRESS-ə millət vəkili Rafael Cəbrayılov "Bakı-Tbilisi-Qars" dəmiryolu xəttinin açılışına münasibət bildirərkən deyib. O bildirib ki, "Bakı-Tbilisi-Qars" dəmiryolu xəttinin açılışı və ilk qatarın yola salınmasi tarixi hadisədir: "Bu qədim "İpək yolu"nun bərpasıdır, bu Asiya və Avropa qitələrinin möhtəşəm şəkildə əlaqələndirilməsi, qitələrin xalqlarının inteqrasiyası və iqtisadiyyatlarının uzlaşdırılması sahəsində müstəsna əhəmiyyət kəsb edən hadisədir. Bu uzaq Çindən yüklərin sərbəst olaraq Avropaya və geri daşınmasının təminatıdır, yükdaşıma sahəsində yeni bir səhifədir. Bu Azərbaycan iqtisadiyyatının böyük gəlir mənbələrindən biridir. Amma, mənim üçün bu hadisənin başqa tərəfi daha qürurvericidir. Bu tarixi hadisədə Azərbaycanın həlledici rola malik olması, Türkiyə ilə vahid iqtisadi cəbhədən çıxış etməsi, müxtəlif ölkələrin və beynəlxalq güc mərkəzlərinin təzyiqlərinə baxmayaraq ölkəmizin, onun Prezidenti cənab İlham Əliyevin kəskin siyasi iradə nümayiş etdirərək işğalçı Ermənistanı bu tarixi layihədən kənarda qoymasıdır. Azərbaycan bütün dünyaya, o cümlədən, ölkəmizə qarşı "ikili standartlar"dan əl çəkməyən Avropaya və bəzi beynəlxalq güc mərkəzlərinə sübut etdi ki, tərəqqipərvər, sivil dünyanın bir parçası olmaqla beynəlxalq öhdəliklərinə və strateji hədəflərinə sadiq demokratik, hüquqi, suveren dövlətdir, etibarlı tərəfdaşdır. Azərbaycanın bu tarixi dəmiryolu xəttində həlledici həlqə olmaqla, nəinki regionda, habelə dünyada söz sahibi olan dövlət kimi Avropanın iqtisadiyyatında və enerji təhlükəsizliyində əhəmiyyətli rola malik olması bir daha qabarıq şəkildə özünü göstərdi. Uzun illər keçəndən sonra bu hadisənin tarixi əhəmiyyəti daha aydın şəkildə özünü göstərəcək".

 

Aysel İsgəndərova




ŞƏRH YAZ



DİGƏR XƏBƏRLƏR
babashov.info

ÇOX OXUNANLAR